“Bulanıq suda da balıq tutmaq bir az rahat olur” - Vergilər nazirinin müavini
"Azərbaycanda “ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi gözlənilmir".
Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Düşünmürəm ki, “ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi ilə bağlı müzakirələr aparılsın. Hazırda bu məsələ gündəmdə deyil”, - S.Ələkbərov bildirib.
Nazir müavini deyib ki, həmin hesab vasitəsilə Əlavə Dəyər Vergisi (ƏDV) sahəsində yayınma minimuma endirilib: “Əlbəttə, bu unikal sistemdir. Bunun mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi əməliyyat aparanda onun 18%-i “ƏDV Depozit Hesabı”na köçürülür. Bu il dövlət büdcəsinə vergi daxilolmaların həcmi 7,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır. Bu daxilolmalarının, təxminən, 3-də birini ƏDV-nin hesabına təmin edirik. Amma bu sistemin aradan qaldırılması elə bir hərc-mərcliyə gətirib çıxara bilər. Ayrı-ayrı adamlar "ƏDV-nin Depozit Hesabı"nın ləğvini müzakirə edir, onlarında məqsədi aydındır. Yəni bu məsələlər əsasən vergidən yayınmaq istəyənlərlə əlaqəlidir. Onlar istəyir bu olmasın, suyu bulandırsınlar. Bulanıq suda da balıq tutmaq bir az rahat olur. Bir daha deyirəm ki, kiminsə “ƏDV-nin Depozit Hesabı”na ləğvinə getsin", - S.Ələkbərov vurğulayıb.
Onun sözlərinə görə, bir çox ölkələr var ki, bunu tətbiq etmək istəyirlər, amma edə bilmirlər.
"Amma o vaxt ciddi işlər nəticəsində biz bunu etdik. Buna artıq sahibkarlar da vərdiş edib. Hazır qurulan sistemdir və heç bir problem yoxdur. Əgər kimsə düz işləyirsə və gəlirlərini düzgün bəyan edirsə ona problem yoxdur. Amma kimsə gedib pulunu nağdlaşdırıb çıxarmaq istəyirsə, harasa qanunsuz olaraq pul köçürmək istəyirsə əlbəttə "ƏDV-nin Depozit Hesabı" ona mane olur. Bu sistemdə hər şey şəffafdır və hamı onu görür”, - nazir müavini qeyd edib.
Xatırladaq ki, ƏDV-nin vahid depozit hesabının tətbiqinə Azərbaycanda 2008-ci il yanvarın 1-dən etibarən başlanılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

