OPEC-in neft istehsalı Apreldə azalıb
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı aprel ayında bir əvvəlki ay ilə müqayisədə 3 min barel azalaraq 30 milyon 31 min barel təşkil edib.
"Marja" xəbər verir ki, OPEC-in aprel ayı məlumatlarının yer aldığı neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı Mart ayı ilə müqayisədə Apreldə gündəlik 70 min barel azalaraq təxminən 98 milyon 821 min barelə geriləyib.
Apreldə OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 70 min barel azalaraq 68 milyon 790 min barelə düşüb.
OPEC-in gündəlik xam neft istehsalı apreldə mart ayı ilə müqayisədə 3 min barel azalaraq 30 milyon 31 min barelə enib. OPEC-in cəmi qlobal neft hasilatındakı payı 30,4% təşkil edib.
Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Nigeriya və Liviya olub.
İraqda gündəlik istehsal 113 min barel artımla 4 milyon 630 min barelə yüksəlib. Nigeriyada gündəlik xam neft istehsalı 92 min barel artaraq 1 milyon 819 min barelə, Liviyada isə 71 min barel artaraq 1 milyon 176 min barelə qalxıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Apreldə gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma İran, Səudiyyə Ərəbistanı və Anqolada yaşanıb.
İranda gündəlik istehsal 164 min barel azalaraq 2 milyon 554 min barelə geriləyib. Səudiyyə Ərəbistanıda gündəlik neft istehsalı 45 min barel azalaraq 9 milyon 742 minbarelə, Anqolada isə 41 min barel azalaraq 1 milyon 413 min barelə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
- 17 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib






.jpg)








.jpg)



