"Kapital Bank”da vəziyyət superdir - MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM
"Kapital Bank" ASC 2019-cu ilin 1-ci rübünü 47 milyon 626 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin ilk rübünü 22 milyon 262 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “Kapital Bank”ın cəmi gəlirləri 129 milyon 334 min manat, o cümlədən faiz gəlirləri 93 milyon 296 min manat, qeyri-faiz gəlirləri 36 milyon 38 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Kapital Bank”ın cəmi gəlirləri 106 milyon 334 min manat, o cümlədən faiz gəlirləri 73 milyon 466 min manat, qeyri-faiz gəlirləri 32 milyon 868 min manat təşkil etmişdi.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə cari ilin 1-ci rübündə “Kapital Bank”ın cəmi gəlirləri 23 milyon manat artıb.
Ötən ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “Kapital Bank”ın faiz gəlirləri 19 milyon 830 min manat və ya 27%, qeyri-faiz gəlirləri isə 3 milyon 170 min manat və ya 9,6% artıb.
Bu ilin I rübündə “Kapital Bank”ın faiz xərcləri 16 milyon 433 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 980 min manat və ya 15,4% az), qeyri-faiz xərcləri 46 milyon 335 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 593 min manat və ya 26,1% çox) təşkil edib.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə cari ilin 1-ci rübündə Bankın cəmi xərcləri 6 milyon 613 min manat artıb.
2019-cu ilin birinci rübündə “Kapital Bank 129 milyon 334 min manat cəmi gəlir əldə etmək üçün 62 milyon 768 min manat xərc çəkib. Nəticədə Bankın 66 milyon 566 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 6 milyon 505 min manat ehtiyatlara ayırıb və 12 milyon 435 min manat mənfəət vergisi ödəyib.
"Kapital Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 milyard 584 milyon manat təşkil edib. Bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,2% çoxdur.
“Kapital Bank”ın aktivlərinin 1 milyard 322 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 27,4% böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın cəmi öhdəlikləri 8,5% artaraq 3 milyard 163 milyon manata, o cümlədən depozit portfeli 10,7% artaraq 2 milyard 700 milyon manata, cəmi kapitalı isə 67,4% artaraq 421 milyon 481 min manata çatıb.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,86%-i daxil olduğu "PAŞA Holdinq"ə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
-
33 d. əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb























