Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) “Unibank” KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.

Reklam_3_11

Sənəd EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması və hesabatlılıq mexanizmləri müəyyən edilib.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.

“Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov isə qeyd edib ki, bütün sahələrdə effektivliyin artırılması mühüm əhəmiyyət daşıyır və xüsusilə energetika sahəsində enerji səmərəliliyi aktual istiqamətlərdən biridir. O, “Unibank”ın bu sahədə həyata keçirdiyi layihələrə diqqət çəkərək, qarşılıqlı əməkdaşlığın davamlı inkişafına hazır olduqlarını vurğulayıb.

Bu əməkdaşlıq çərçivəsində enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar formalaşır və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verilir.

İş elanları AzVak.az-da

Unibank UnibankKBASC EMTA EnerjiMəsələləriniTənzimləməAgentliyi enerjisəmərəliliyiAzərbaycan güzəştlikreditlərUnibank UnibankEMTAəməkdaşlıq enerjiyönümlülayihələr enerjifondugüzəştlikredit SamirAxundov HeybətQədirov enerjiprojektlərinmaliyyələşdirilməsi enerjilayihələrdəstək enerjisəmərəliliylayihələri dayanıqlıiqtisadiinkişaf Unibankenerjilayihələri enerjiproqramlarıAzərbaycan Unibankkreditproqramı enerjiefektivliyitəşviqi enerjiyönümlüinvestisiyalar Azərbaycanbanklayihələri
07.04.2026 12:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19