“Qərar qüvvədə qalarsa, tonlarla kartof məhv olacaq”
"Kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin edilməsi məntiqsiz addımdır"
Xəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.
Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun məsələ ilə bağlı dediyinə görə, kartofun qiymətindəki bahalaşma mövsümi xarakterli olub:
“Qiymət artımı mövsüm üçün xarakterik bir haldır: köhnə məhsul bitmək üzrədir, yeni isə bazara çıxmayıb. Bir-iki həftəlik müddətdə çox da yüksək həddə olmayan bahalaşma baş verdi. Bu, hər il baş verən prosesdir. Bunu bilə-bilə Nazirlər Kabinetinin kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin etməsi məntiqsiz və heç bir iqtisadi qanunauyğunluğa sığmayan addımdır. Bu qərar meşədən meyvə və giləmeyvələrin yığılmasına cərimə tətbiq olunması qərarı qədər absurd, bütün bazar prinsiplərinə ziddir. Digər tərəfdən, son vaxtlar ölkədə müəyyən qədər iqtisadi fəallıq müşahidə olunur, iqtisadi artım müəyyən qədər sürətlənib. Bu isə istər-istəməz qiymətlərə də artım yönündə təsir edir. Qiymətlərin uzun müddət dəyişməməsi və ya azalması iqtisadi durğunluqdan xəbər verir. İnkişaf etmək istəyiriksə, qiymət artımının da davamlı olacağını nəzərə almalıyıq. Hökumət müəyyən iqtisadi rıçaqlarla bahalaşmanın effektiv həddə saxlamağa çalışmalıdır. Bu rıçaqlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır, əks halda, iqtisadi fəallığı zəiflədəcək.
Başqa bir tərəfdən, qərar prezident İlham Əliyevin müəyyən etdiyi qeyri-neft ixracının dəstəklənməsi siyasətinə, islahatlar kursuna qarşıdır. Bu siyasət qeyri-neft məhsullarının ixracının dövlət tərəfindən bir neçə istiqamətdə dəstəklənməsini nəzərdə tutur: ixracın təşviqi, prosedurların sadələşdirilməsi və sair. İxracat ölkənin valyuta ilə təminatı, qeyri-neft istehsalının stimullaşdırılması deməkdir. Bu qərar isə həyata keçirilən siyasətə qarşı yönəlib və düşünürəm ki, prezident onu dayandıracaq”.
S.Məmmədov bildirir ki, faraş kartof böyük əziyyət və maliyyə tələb edən məhsuldur:
“Faraş kartof istixana şəraitində yetişdirilir, çox da baha başa gəlir. Yəni əldə olunan məhsulun maya dəyəri yüksək olur. Bunun əziyyətini və xərcini çəkib becərən fermer-kəndli ümidini ona bağlayır ki, məhsulunu xaricə satıb qoyduğu xərci çıxaracaq, əlavə də qazanc əldə edəcək. Nazirlər Kabinetinin qərarı isə onları nəinki əlavə gəlirdən, həm də qoyduqları vəsaiti geri qaytarmaqdan məhrum edir. Çünki faraş kartof-soğanı uzun müddət saxlamaq qeyri-mümkündür, iki-üç həftəyə məhv olub gedir. Məhsulun yenicə çıxarılmasına başlandığı günlərdə bu qərarın verilməsi istehsalçının gözlədiyi bütün gəlirini əlindən almaq deməkdir. Tonlarla kartofu Azərbaycan bir neçə həftəyə istehlak etmək gücündə deyil. Buna görə də qərar qüvvədə qalarsa, tonlarla məhsul məhv olacaq. Digər tərəfdən, ixrac edilən ölkələrlə əvvəlcədən müqavilələr imzalanıb, onlar məhsul gözləyirlər. Bu məhsulu almasalar, növbəti il bir daha Azərbaycandan nəsə almayacaqlar, beləliklə də fermerlər böyük bir bazarı itirmiş olacaqlar və beynəlxalq etibardan düşmə, kəskin ziddiyyətlər olacaq”.
Professor deyir ki, belə qərarlar məhsul istehsalı planlaşdırılarkən elan olunmalıdır:
“Minlərlə fermer işini planlaşdırıb, məhsul istehsal edib. Bu adamlara 5-6 ay əvvəldən məlumat verilməliydi ki, onların da işlərini başqa istiqamətdə qurmağa vaxtları olardı. Məsələn, indi qərarı gələn ilin məhsulu ilə bağlı qəbul etmək mümkündür, əgər bu bütün bazar prinsiplərinə uyğundursa. Məhsul yetişən zaman bu cür qərar verlməsi peşəkar baxımından da qəbuledilməzdir. Başqa bir tərəfdən, ötən ilin istehsal dövründə soğanın qiyməti 10 qəpik idi. Dövlət həmin vaxt daxili istehlakı planlaşdırmaqla, məhsulun bir qismini alıb anbarlarda saxlamalı idi. Bu, həm məhsul yetişdiyi dövr üçün hədsiz ucuzlaşmanın qarşısını almağa imkan verərdi, həm də indiki bahalaşma dövründə bazara məhsulla intervensiya edib qiymətləri tənzimləməyə. Bütün dünya bu yolla gedir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Düşünülməmiş inzibati qərar ciddi siyasi və iqtisadi zərərləri ola biləcək bir addımdır və ümid edirəm ki, dövlət başçısı bu prosesi dayandıracaq”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Musavat
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 9 d. əvvəl
-
- 17 d. əvvəl
- 47 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub




.jpg)







.jpg)






