Nazirlik MTK-lardan mənzilləri neçəyə aldığını açıqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycada imtiyazlı təbəqələrə dövlət tərəfindən verilən mənzillərby tikinti şirətlərindən hansı qiymətə alındığını açıqlayıb.
Nazir Sahil Babayev bildirib ki, ötən il imtiyazlı təbəqələrə mənzil verilməsi üçün 3 lot üzrə tender elan edilib və tikinti şirkətlərindən 400-ə yaxın mənzil alınıb: "Ötən il tender keçirildi. Bakı şəhəri üzrə 3 binadan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil alındı.
1-ci lot üzrə 1 binadan razılaşdığımız qiymət 1 kvadratmetri 730 manat olan təmirli və içində də mətbəx mebeli olan mənzil olub. Bununla da təxmini 200-dən artıq mənzil alındı.
2-ci lot üzrə qalib şirkətdən Mehdiabad qəsəbəsindən 1 kvadratmetri 750 manat olan 70-ə yaxın mənzil alındı. Bunlar da təmirli idi və mətbəx mebeli ilə təmin olumuşdu.
3-cü lot üzrə Zabratda böyük bir komplkesdən 100-dən artıq mənzil alınıb.Burada kvadratmetri 750 manat olanda oldu, 800 manat olanda. Ən baha aldığımız mənzillər son 50 mənzil oldu ki, onlar qiyməti də 800 manat olub".
S.Babayev bildirib ki, mənzillə alınanda müvafiq qanunvericiliyin tələblərinə əməl edilib: "Bazarın tələbatına uyğun olaraq Azərbaycandakı bina tikintisi ilə məşğul olan bütün şirkətlərə məlumat göndərdik və hamısından qiymətini təqdim etməsini istədik. Təqdim olunan qiymətlərdən sonra standartlarımızı tələb etdik".
Nazir bildirib ki, mənzillərin qiymətinin bazardakı orta qymətlərdən ucuz olması onların keyfiyyətinə təsir etməyib: "Bir-bir hamsı yoxlanılıb və təsdiq olunub. Köçən insanların da hamsından razılıq eşitmişik. Doğrudur, əlavə otaq istəyənəlr olub. Məsələn, 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil istəyən olub və sair. Amma keyfiyyətlə bağlı hər hansı bir narazılıq olmayıb".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
18 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 19 d. əvvəl
- 20 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub









.jpg)






