Növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək
“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək”.
Bu barədə Aqrar Ticarət Şirkətin mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib.
Onun sözlərinə görə, mart ayında, Novruz bayramından əvvəl yarmarka keçiriləcək: “Belə ki, yarmarka martın 15-dən 21-nə qədər, 28 May, Nizami küçəsi 154 B ünvanında baş tutacaq. Martın 15-dən etibarən 1 həftə ərzində keçiriləcək yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər”.
M.Musayev qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək: “Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub”.
“Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər”,-deyə o əlavə edib.
M.Musayev sonda vurğulayıb ki, martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb





















