METAK istiqraz ilə aldığı borcunu qaytarıb - 280 MİN AZN QAZANC
Plastik boru istehsalçısı olan METAK 14%-lik istiqrazları üzrə sonuncu kupon ödənişini həyata keçirib və əsas məbləği qaytarıb.
"AzFinance" İnvestisiya Şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, METAK şirkəti tərəfindən 2018-ci il 29 yanvar tarixində 2 milyon AZN həcmində emissiya edilmiş bir illik istiqrazların tədavül müddəti bitib. Bu istiqrazların sahibləri bir ilə ümumilikdə 280 min AZN qazanıb.
"Beləliklə METAK öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək, istiqrazlarının yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğunu sübut etdi",- məlumatda deyilir.
METAK istiqrazları üzrə son bir il ərzində 4 dəfə faizlər ödənilib. 2018-ci il aprelin 29-da ödənişlərin ümumi həcmi 69,041 min AZN, iyulun 29-da 69,808 min AZN, oktyabrın 29-da 70,575 min AZN, 2019-cu il yanvarın 29-da isə 70,575 min AZN təşkil edib.
İstiqraz bazarının digər sərfəli məhsulu "Embafinans" bank olmayan kredit təşkilatının kağızlarıdır. İldə 10,5% gəlir gətirən istiqrazların son ödəmə tarixi 3 dekabr 2019-cu ildir. Bu istiqrazların sahibləri hər ay faiz ödənişi əldə edirlər.
"Embafinans" istiqrazlarını AzFinance İnvestisiya Şirkətinə müraciət etməklə əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
13 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
22 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib














.jpg)







