Expresspay-in rəqiblərindən üstünlükləri və yeniliklər - MÜSAHİBƏ
Expressbank-ın Expresspay şöbəsinin rəhbəri Əli Qarayevlə müsahibə.
Xaricdə onlayn ödəmə sistemlərinin tətbiqinə dair layihə də daxil olmaqla, bir sıra böyük layihələrin reallaşmasında fəal iştirak edən, informasiya texnologiyaları sahəsində 10 ildən artıq təcrübəyə malik olan Əli Qarayev, bu gün Expressbankda ən mühüm şöbələrdən birinə, unikal ödəmə sisteminin inkişafıyla məşğul olan Expresspay-ə rəhbərlik edir. Elə maraqlı söhbətimizin əsas mövzusu da bu unikal ödəmə sistemi və onun gələcəkdəki inkişafı oldu.
-Əli bəy, gəlin elə ilk olaraq Expresspay-dən başlayaq. Bu ödəmə sisteminin unikallığı nədən ibarətdir?
-Expresspay, analoqlarla müqayisədə bir sıra danılmaz üstünlüklərə malik olan bir sistemdir. Bu öyrəşdiyiniz adi ödəmə sistemi deyil, çünki Expresspay Azərbaycanda mövcud sistemlərlə müqayisədə özündə üç məhsulu – ödəmə terminalı, onlayn ödənişlər və elektron pul kisəsini birləşdirən sistemdir.
Azərbaycanda bir neçə ödəniş sistemi mövcuddur, onlardan bəzilərinin yalnız terminalları, digərlərinin yalnız mobil əlavələri və ya veb saytları var. Expresspay həmin sistemlərdən fərqli olaraq bütün bu imkanların hamısını özündə birləşdirir. Bundan əlavə, bizim sistemin əsas üstünlüyü ödənişlər zamanı yaranan pul qalıqlarının istifadəçiyə geri qaytarılmasıdır. Belə ki, ödəmə zamanı qalıq məbləğ xüsusi hesabda yığılır və müştəriyə gələcək ödənişlərdə istifadə etmək imkanını verir.
-Əli bəy, siz bazara bu yeni ödəmə sistemi ilə daxil olanda artıq istehlakçıların öyrəşdiyi bir neçə ödəmə sistemi mövcud idi. Belə bir halda istifadəçilərin etibarını və sadiqliyini qazanmaq nə dərəcədə çətin oldu?
-Bazarda rəqabət həmişə mövcud olub və olacaq, baxmayaraq ki, sən məhsulu birinci ya üçüncü təklif etmisən. Biz həmişə müştərilərlə əlaqə qurma prosesində xidmətimizin keyfiyyətinə diqqət yetirməyə çalışırıq. Bununla yanaşı, biz müştərilərimizə 300-dən yuxarı olan müxtəlif növ onlayn xidmətlərin geniş çeşidini təqdim edirik və daha əvvəl də qeyd etdiyim kimi, provayderlərin ödəniş zamanı avansın yaradılmasını təmin etmədikləri təqdirdə biz əməliyyat prosesində qalığın qaytarılması imkanını yaradırıq. İnsanlar həmişə provayderlərdən yüksək xidmət və əlverişli şərtlər gözləntisindədir. Biz öz tərəfimizdən onların hər birinin gözləntilərini yerinə yetirməyə çalışırıq.
-Qeyd etdiniz ki, Expresspay terminalının ən mühüm üstünlüklərindən biri də qalıq pulun qaytarılmasıdır. Bu barədə bir az daha ətraflı danışaq. Ümumilikdə bu proses necə baş verir?
-Məsələn, terminalda sizin ödəyəcəyiniz məbləğ 4 AZN- dir, lakin siz 5 AZN əskinasla ödənişi reallaşdırırsınız və nəticədə 1 AZN qalıq yaranır. Xidmət provayderi avans ödənişini təqdim etmədiyi halda Exprespay sizə bu məbləği növbəti ödənişlərinizdə istifadə etmək imkanını yaradır.
-Necə düşünürsünüz ölkəmizdə mövcud ödəniş sistemləri sahəsində hansı üstünlüklər və mənfi cəhətlər var? Sizin axı xarici təcrübəniz var, bu sahədə müqayisə edə bilərsiniz.
-Digər ölkələrdəki qarşılaşdığım analoji layihələrlə müqayisə etdikdə deyə bilərəm ki, ölkəmizdə mövcud olan onlayn-ödəmə sistemləri həm təhlükəsizlik nöqteyi -nəzərindən həm də funksionallıq baxımından ən yaxşılardan biridir.
Xaricdə istifadəçilərə terminal vasitəsi ilə ödənişləri həyata keçirmək üçün təqdim olunan xidmət siyahısı geniş deyil, əlavə olaraq bəzi ödəmələr zamanı müştərilərdən yüksək komissiya haqqı tutulur ki, nəticədə terminallar istifadəçilər üçün yararlı vasitəyə çevrilmir və beləliklə maraq da azalır.
Ölkəmizdə isə bu cür layihələri müvəffəqiyyətlə reallaşdırmaq üçün kifayət qədər lazımi bacarıq və biliklərə malik olan peşəkar proqramçılar var. Həmçinin sevindirici haldır ki, hər il gənclərin informasiya texnologiyaları sahəsinə olan marağı artdıqca həmin proqramçıların sırası da dayanmadan artır.
-Belə aydın olur ki, hər gün Expresspay-in daha da inkişaf etməyinin şahidi olacağıq?
-Təbii ki, yerimizdə dayanmırıq. Hal-hazırda bizdə fəal şəkildə inkişaf etdirdiyimiz mobil ödəmə tətbiqi, veb-sayt, onlayn-ödənişlər üçün geniş platformamız, kartı olmayan istifadəçilər üçün elektron pul kisəmiz var, habelə ölkə ərazisində müştərilərin istifadəsi üçün əl çatan obyektlərdə yerləşdirilmiş 700 terminal quraşdırılıb. Eyni zamanda təklif edilən xidmətlərin miqdarının artımı istiqamətində ciddi iş aparırıq.
Tezliklə, bankın başqa bir məhsulu çərçivəsində Expressclubla birgə yeni layihə təqdim etməyə hazırlaşırıq. Paralel olaraq ölkə bazarında analoqu olmayan maraqlı xidmətlərin müştərilərin istifadəsinə buraxılması üçün üzərində çalışılır, amma bu barədə ətraflı danışmayacam. Qoy bu kiçik sürpriz olsun.
-Olduqca maraqlı gəldi. Madəm ki, yeni məhsul barəsində çox danışa bilmirik o zaman gəlin Expressclub haqqında söhbət edək. Bu xidmətin istifadəçilər üçün hansı faydaları var?
-Expressclub kart sahiblərimizin hamısını birləşdirən Expressbankın daha bir məhsuludur. Xidmət 700-dən çox satış nöqtəsində 20% -ə qədər cashback qazanmağa imkan yaradır. Klubun üzvü olmaq həm rahat həm də sərfəlidir. Məlumat üçün deyim ki, Expressclub yaxın zamanda yeni mobil əlavə buraxıb. Bu əlavə vasitəsi ilə istifadəçilər qazandıqları cashbackları izləyə bilər, tərəfdaşlar sırasına qoşulan yeni şirkətlər və onların keçirdiyi xüsusi aksiyalardan xəbər tuta bilərlər.
-Expresspaylə bağlı söhbətimizə qayıdaq. Nə əcəb belə bir imtiyazı yalnız bankın müştəriləri üçün təklif etmək istəyi olmadı?
-Düzünü desək heç vaxt qarşımızda belə bir məqsəd qoymamışdıq. Hədəfimiz bank hesabı, hətta bir plastik kartı olmayan insanlar da daxil olmaqla hər kəsin istifadə edə biləcəyi bir məhsulu ərsəyə gətirmək idi. Expresspay istifadəçiləri istənilən bankın kartı ilə yanaşı hətta terminallarımız vasitəsi ilə rahatlıqla yarada və hesabı artıra biləcəyiniz elektron pul kisəsindən fayadalanaraq heç bir kart olmadan da ödənişlərini reallaşdıra bilərlər.
Yeri gəlmişkən, bu elektron pul kisəsinin əhəmiyyətli bir üstünlüyüdür. Bu, kart olmadan mobil telefon və ya komputerdən online ödəməni reallaşdırmaq üçün imkan yaradır.
-Expresspay terminalları Bakı şəhəri ilə yanaşı regionlarda da çoxalır. Gələcəkdə daha da genişləmə nəzərdə tutulurmu?
-Bu istifadəçilərin və müştərilərin ehtiyaclarından asılıdır. Biz müştərilər üçün strateji və ən rahat yerlərdə terminallar yerləşdirməyə çalışırıq. Terminalları quraşdırmaq kifayət qədər operativdir. Ehtiyac yarandığı anda quraşdırma 3- 5 iş günü ərzində həyata keçirilir.
-Maraqlı müsahibə üçün təşəkkürlər. Sizə yeni maraqlı layihələr və uğurlar arzu edirik!
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb


























