"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
Martın sonlarından başlayan yağıntılar Azərbaycanın müxtəlif ərazilərində sel və daşqınlara səbəb olmaqla həm fərdi şəxslərə, həm də biznesə böyük maddi zərər vurmaqdadır.
Bir sıra yerlərdə sel suları insan amilindən asılı olmayaraq ətrafa zərər vurursa, bəzi ərazilərdə bu, daha çox insan amili, həm də əlaqədar qurumlarla bağlıdır.
Belə ərazilərdən biri də Xızı rayonu, Sitalçay kəndi ərazisidir.
Belə ki, köhnə Samur-Abşeron kanalı Sovet dövründə tikilərək fəaliyyət göstərib. Bu kanalla axan su başlanğıç nöqtəsindən başlayaraq Xızı rayon Sitalçay kəndinə qədər öz axarı ilə gəlir. Ancaq Sitalçay kəndindən sonra su öz axarı ilə bu ərazini keçə bilmədiyinə görə suyun ötürülməsi üçün Sitalçay kəndində böyük nasosxana qurulub. Bu kanalın bütün fəaliyyəti dövründə bu nasosxana fəaliyyət göstərib. Çünki nasosxana fəaliyyət göstərməsə bu kanalın işləməsi, kanalla hərəkət edən suyun ötürülməsi mümkün deyildi.
Yeni Taxtakörpü-Ceyranbatan su kanalı inşa edildikdən sonra köhnə su kanalının fəaliyyəti dayandırılılb. Uzun illərdir ki, köhnə kanal və nasosxana baxımsız vəziyyətdə qaldığından işləmir. Köhnə kanal istismar edildiyi dövrdə kanalın təmiri və yaxud dayandırılması zərurəti yarandıqda su kanalın üzərində olan qapaqlar vasitəsilə dənizə axıdılırdı ki, daşaraq əraziyə zərər verməsin. Ancaq kanalın fəaliyyəti dayandırıldıqdan sonra baxımsızlıq ucbatından kanalda olan qapaqların üstü torpaqla örtülüb, onlar işləmir.
Bundan əlavə, Bakı-Quba yolu yenidən inşa edilərkən Sovet dövründə yolun altından sel sularını ötürmək üçün tikilmiş tunel bağlanıb, yenisi isə qoyulmayıb. Bu da sel sularının yolun bir tərəfində toplanmasına gətirib çıxarır.
Buna görə də son 2 ildə yazbaşı fasiləsiz yağan yağışlar nəticəsində kanal Sitalçay kəndinə qədər yerləşdiyi əraziyə və Sitalçay kəndinin ərazisinə çox böyük zərər verir. Kanalın başlanğıcından Sitalçay kəndinin ərazisinə qədər olan böyük bir ərazinin sel suları bu kanala toplanaraq Sitalçay kəndinə qədər axıb gəlir. Sitalçay kəndindən su öz axarı ilə keçə bilmədiyinə görə böyük miqdarda su daşaraq sel şəklində bütün ərazini yuyub aparır. Özəlliklə son 2 ildə vəziyyət daha da acınacaqlı hal alıb. Sel suları fərdi şəxslərlə yanaşı, ərazidə yerləşən bir neçə quşçuluq təsərrüfatlarının da işini iflic edib: quşlar saxlanan damlar su ilə dolub, elektrik, su, qaz təminatı sistemi sıradan çıxıb.
Nə ötən il, nə də indi ərazidə yerləşən bizneslə əlaqədar qurumlardan dəstək verilir. Hazırda Sitalçay kəndi ərazisində vəziyyət acınacaqlı həddə çatıb.
Əldə etdiyimiz məlumata görə, ərazidə yerləşən quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər. Bu isə Azərbaycanın daxili bazarında toyuq əti və yumurtanın qiymətində artımlara səbəb ola bilər.
Bundan əlavə, Bakı-Quba yolunu sel basdığına görə onunla hərəkət dayandırılıb. Biznesin məsələ ilə bağlı əlaqədar qurumlara müraciətlərinə hələ də reaksiya verilməyib.
© Musavat.com
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






