Azərbaycan şirkəti Dubaya ət ixracına dair müqavilə imzalayıb
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilən “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır.
İqtisadiyyat Nazirliyindən "Marja"ya verilən xəbərə görə, xüsusi tərtibatda hazırlanan 128 kvadratmetrlik Azərbaycan stendində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycanın yerli məhsulları meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.
Sərgi çərçivəsində Azərbaycanın “Azprotein” şirkəti ilə BƏƏ-nin “General Tradeing Company” şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb.
Bundan başqa, Azərbaycanın “Asico” şirkəti Küveytə meyvə-tərəvəz, “AHEC” şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, “Astara tea” və “Kercom” isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, “Gulfood 2017” sərgisi martın 2-dək davam edəcək. İqtisadiyyat Nazirliyi tərəfindən sərgidə iştirak edəcək şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət “Gulfood 2017”də iştirak etmək hüququ qazanıb. “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


