970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstehsal 3 min, istehlak 5 min ton olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehsal 3 min, istehlak 5 min ton olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycanda 3 min ton bal istehsal edilib.

 

Bunu  Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, istehlak 5 min ton olub: "Ölkədə istehsal olunan bal əhalinin 65-70 faizini təmin edir".

 

B.Həsrətov bildirib ki, 2017-ci ilə nisbətən ötən il arı ailəsində artım qeydə alınıb: "Bizdə olan statistikaya görə, ölkədə 300 min arı ailəsi var idi, ancaq subsidiya ilə bağlı identifikasiya keçirildi. Eyniləşdirilmədən sonra biz gördük ki, arı ailəsinin sayı 400 mindən çoxdur. Həmin 400 min arı ailəsinin 270 mini artıq subsidiya əldə edib".

 

Assosiasiyanın sədri əlavə edib ki, ölkədə olan arıçıların bacarıq və bilikləri artırılmalıdır: "Hazırda ortalama bir bal ailəsindən 10 kiloya qədər məhsul əldə edilir. Bu rəqəm dünya ölkələri ilə müqayisədə çox azdır. Arıçılarla müəyyən tədbirlər keçirərək bilik və bacarıqlarını artıra bilsək, məhsul da 25-30 kiloqrama qədər arta bilər".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

09.01.2019 04:51

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18