Sığorta haqlarının və ödənişlərinin yarıdan çoxu 2 şirkətin hesabınadır
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış 663,891 milyon manat sığorta haqqının 367,094 milyon manatı və yaxud 55,3%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 244,737 milyon manat (36,9%) və 122,358 milyon manat (18,4%) sığorta haqqı toplayıblar.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 52,893 milyon manatlıq (8%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 41,807 milyon manatlıq (6,3%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 5-ci yerdə isə 33,726 milyon manatlıq (5,1%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 495,52 milyon manat təşkil edib ki, bu da bazarın 74,6%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (239 min manat), "Amrah Sığorta" (586 min manat) və "Bakı Sığorta" (865 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,69 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin yığımları isə 1-25 milyon manat arasında dəyişir və onların bazar payı 166,681 milyon manat və yaxud 25,1%-dir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 224,139 milyon manatlıq sığorta ödənişlərinin 51,1%-i və yaxud 114,62 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 67,3 milyon manat (30%) və 47,32 milyon manat (21,1%) ödəniş ediblər.
Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 18,482 milyon manatlıq (8,2%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 14,275 milyon manatlıq (6,4%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 13,416 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 160,793 milyon manat təşkil edib ki, bu da bazarın 71,7%-i deməkdir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (83 min manat) və "Bakı Sığorta (191 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 277 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.
Qalan 13 sığorta şirkətinin ödənişləri 63,069 milyon manat və yaxud bütün ödənişlərin 28,2%-i qədərdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
46 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
54 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)







.jpg)










