Mərkəzi Bank Rəqəmsal Transformasiya Planı hazırlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transformasiya Planı hazırlamağı planlaşdırır.
Bu barədə qurumun İnformasiya texnologiyaları Departamentinin direktoru Fərid Osmanov məlumat verib.
O, bu barədə Bakıda keçirilən “Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda danışıb.
“Bu gün 8 böyük kredit təşkilatının və 10-dan çox dövlət qurumunun nümayəndələri ilə bir masa arxasına gəlmişik. Daim müzakirələr aparılır. Dövlət məlumatlarının bank sektoruna çatdırılması yolları, funksional və konsensus modelləri hazırlanır. Həmin qurumlarla birgə çalışırıq ki, bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transfarmasiya Planı hazırlayaq. Bu planda innovativ texnologiyaların DATA sektoruna tətbiqi və inteqrasiyası kimi məsələlər öz əksini tapacaq”, - deyə AMB rəsmisi qeyd edib.
“Rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı böyük layihələrə başlanıb”
“Azərbaycanda blokçeyn texnologiyalarının aktuallığı artmaqdadır”.
Bunu bu gün Bakıda keçirilən "Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfransda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə, artıq bir neçə qurum blokçeyn texnologiyalarının üzərində işləyir.
“Mərkəzi Bank da blokçeyn texnologiyaları ilə bağlı inkişaf trendlərini daim izləyir və bu sahədə öz töhfəsini verməyə çalışır. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişaf üzrə strateji yol xəritəsinə uyğun olaraq Mərkəzi Bank qarşısında nağdsız ödənişlərinin genişləndirilməsi, ümumiyyətlə ödəniş ekosisteminin daha da təkmilləşdirilməsi istiqamətində müəyyən hədəflər qoyulub. Bu hədəflərin optimal reallaşdırılması məqsədilə Mərkəzi Bank müvafiq layihə, “Nağdsız Azərbaycan” layihəsi həyata keçirib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə 2018-2020-ci illəri əhatə edən dövlət proqramı təsdiqlənib. Bunları əsas götürərək Mərkəzi Bank da bank sferası və kredit təşkilatları tərəfindən göstərilən elektron xidmətlərin daim inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı böyük layihələrə başlayıb. Bu layihələrdən biri də məhz blokçeyn texnologiyasına əsaslanan rəqəmsal identifikasiya sistemidir. Bildiyimiz kimi, blokçeyn texnologiyası paylanmış reyester texnologiyasıdır və burada müəyyən blokların yerləşdirilməsi təmin edilir. Bu bloklarda əməliyyatlar saxlanılır. Burada halqa şəklində bir-biri ilə əlaqələnmə deyil, ulduzvarı əlaqələnmə nəticəsində hər bir tərəfdən eyni anda eyni məlumatların təhlükəsizlik qaydalarına uyğun saxlanılması əsas aspektdir. Təbii ki, burada bir neçə üstünlük var. Yəni, vahid nöqtədən asılılıq azalır, həmin vahid nöqtənin sıradan çıxması nəticəsində ümumiyyətlə ekosistemin dayanması riski yoxdur. Bundan başqa, məlumatın təhrif olunması hallarının qarşısı alınır. Mərkəzi Bankın tətbiqi etdiyi blokçeyn məhsullarında daha çox “ağıllı müqavilə”lərdən istifadə olunacaq, ağıllı müqavilələr artıq strukturlaşmamış biznes proseslərin vahid siyasət əsasında avtomatik qaydada reallaşmasını təmin edəcək. Bununla da daha şəffaf, təhlükəsiz, izlənilən və operativ əməliyyatların həyata keçirilməsi təmin olunacaq”, - deyə F.Osmanov vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
25 san. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 32 d. əvvəl
-
- 36 d. əvvəl
-
9 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
12 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 13 saat əvvəl
-
13 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
13 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Ən çox oxunanlar
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi



















