Azərbaycan şirkətləri Lüksemburq Beynəlxalq Bazarında
Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə Lüksemburq Beynəlxalq Bazarında ölkəmiz böyük stendlə təmsil olunub.
Beynəlxalq Bazar Lüksemburqun Böyük Hersoqinyasının himayəsində təşkil olunur. 60 ölkənin iştirak etdiyi Beynəlxalq Bazarda ölkəmiz 2011-ci ildən iştirak edir və stendimiz ziyarətçilərdə böyük maraq doğurur.
Milli ornamentlərlə bəzədilmiş stendimizdə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nümayiş olunan nəşrləri lüksemburqlulara və turistlərə ölkəmizlə yaxından tanış olmağa imkan verir.
İki gün davam etmiş Lüksemburq Beynəlxalq Bazarında ziyarətçilər Azərbaycan qonaqpərvərliyinin şahidi olub və “Azərsun”, “ASPİ Savalan”, “Gilan”, “Viva” kimi şirkətlərin yüksək keyfiyyətli şərablarını, təravətli çayını, nar şirəsini, gül və əncir mürəbbəsini, ənənəvi şirniyyatlarını, paxlava və şəkərburasını dadıb və alıblar. Milad bayramı ərəfəsində hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayılarını əldə ediblər.
Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunur.
Lüksemburqda yaşayan azərbaycanlılar ölkəmizin tanıdılması istiqamətində bütün səylərini səfərbər edir və burada təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Stendi ziyarət edən Lüksemburqun baş naziri Ksavye Bettel Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb. O, stendimizdə təqdim olunan məhsullarla maraqlanıb.
Qeyd edək ki, multikulturalizm mühitində fəaliyyət göstərən Lüksemburq Beynəlxalq Bazarı xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.
Azərbaycan-Lüksemburq Ticarət Palatasının vitse-prezidenti Seymur Əhmədov müsahibəsində bildirib ki, Lüksemburq Beynəlxalq Bazarında iştirak etməkdə əsas məqsəd ölkəmizi, onun tarixini, mədəniyyətini və qastronomiyasını bazarın ziyarətçilərinə yaxından tanıtmaqdır.
“Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət qayğısı ilbəil artırılır. Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, ixrac məhsullarının həcminin artırılması, Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi prioritet məsələlərdəndir. Çalışırıq Prezidentimizin qarşıya qoyduğu bu prioritetlərin uğurla həyata keçirilməsinə töhfə verək”, - deyə S.Əhmədov bildirib.
Vurğulayıb ki, Lüksemburqda yaşayan azərbaycanlıların əsas məqsədi Azərbaycan həqiqətlərini, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri, eləcə də xalqımızın zəngin mədəniyyətini, özünəməxsus yüksək xeyirxahlıq dəyərlərini nümayiş etdirməkdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























