İrandan embarqoya qarşı həmlə: Neftin birja qiyməti endirildi
İran Neft Nazirliyi, daha əvvəl 79 dollar 15 cent-dən Tehran Enerji Birjasında satışa təqdim etdiyi neftin barrelini 64 dollar 97 cent-ə endirib.
"Marja" xəbər verir ki, Neft Nazirliyindən verilən açıqlamada, bu gün ikinci dəfə birjaya çıxarılmış 700 min barel neftin barrelinin 64 dollar 97 cent-dən satıldığı bildirilib.
Birjadakı neftin 245, 245 və 210 min barel olmaqla 3 ayrı sifariş şəkilində 3 nəfər tərəfindən satın alındığı qeyd edilib.
Açıqlamada, birjada satışın neft ixracında özəl sektorun potensialından istifadə edilməsi və neft satışındakı kanalların şaxələndirilməsi məqsədilə həyata keçirildiyi qeyd olunub.
İLK DƏFƏ 28 OKTYABRDA SATILIB
İlk dəfə Neft Nazirliyi tərəfindən neft, 28 Oktyabrda birjada satışa 79 dollar 15 cent-dən təqdim olunmuşdu. Bu qiymətin ən aşağı qiymət olaraq müəyyən edildiyi, ən yüksək qiymətin isə bazara görə müəyyən olunacağı açıqlanmışdı.
Satılan neftin dəyərinin 20 faizi ölkənin yerli pul vahidi rialda, 80 faiz isə xarici valyuta ilə qəbul edilir.
İranın bu addımla, nefti hədəf alan ikinci sanksiya paketinə qarşı neftini ölkə daxilində dəyərli hala gətirməyi və nağd pul axınını təmin edərək embarqonu yumuşaltmağı qarşısına məqsəd qoyduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









