“Anglo Asian Mining” Azərbaycandakı fəaliyyətindən ilk dividendləri ödəyəcək
Britaniyanın "Anglo Asian Mining" (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) şirkəti 2018-ci il noyabr ayının 8-də Azərbaycandakı fəaliyyəti ilə əlaqədar ilk dividendləri (bir səhm üçün 0,03 dollar) ödəyəcək. Bu barədə şirkətin məlumatında deyilir.
"Sentyabrda şirkət rəhbərliyi 31 dekabr tarixində başa çatacaq il üçün aralıq dividendlərin ödənilməsi barədə elan edib. Dividendlərin məbləği bir səhm üçün 0,03 dollar təşkil edəcək. Bu dividendlər 2018-ci il oktyabrın 12-nə olan vəziyyətə görə reyestrə daxil edilmiş səhmdarlara noyabrın 8-də ödənilməlidir", - deyə məlumatda qeyd olunur.
Dividendlər funt sterlinqə konvertasiya olunacaq (adi səhm üçün 2,2864 pens).
Daha əvvəl şirkətin baş direktoru Reza Vəziriyə istinadən məlumat verilmişdi ki, şirkət tərəfindən Azərbaycanda qiymətli metal istehsalının artması sayəsində AMM-nin maliyyə durumu daha da möhkəmlənir. Bunun nəticəsi olaraq şirkət sentyabr ayının yekunları üzrə mənfəətə çıxıb. “Bu, cari ilin noyabr ayında ilk dividendləri ödəməyə hazırlaşan “Anglo Asian Mining” üçün həyəcanverici hadisədir", – deyə R.Vəziri bildirib.
Xəbər verildiyi kimi, "Production Sharing Agreement" (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb























