Bu gün Avro və Lirəyə təsir edəcək kritik qərarlar açıqlanacaq - GÜNƏ BAXIŞ
Bu gün AMB və TCMB-nin faiz qərarları və Mariod Draqinin çıxışı dünya birjalarında dalğalanmanın artmasına təsir edə biləcəyi gözlənilir.
Beynəlxalq valyuta birjalarında lirə və avronun məzənnələri bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə və saat 15:45-də Avropa mərkəzi bankları tərəfindən açıqlanacaq faiz qərarı öncəsi, müvafiq olaraq 3.7% və 0.3%-ə kimi bahalaşıb.
Lakin təhlillərə əsasən EUR/USD məzənnəsinin 1.13$-a kimi ucuzlaşa biləcəyi proqnozu daha güclüdür. USD/TRY məzənnəsi də yenidən 5.90TL-yə kimi bahalaşa bilər.
Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankı (AMB) tərəfindən faiz artımı gözlənilməsə də Türkiyə Mərkəzi Bankının (TCMB) qərarı fonunda gözləntilər sürprizlərə açıq vəziyyətdədir.
AMB sonuncu açıqlamalarında ilk faiz artımına gedə biləcəyi vaxtının ən tez 2019-ci ilin yay ayları olacağını bildirmişdi. Bugünkü açıqlamalar isə daha çox bankın iqtisadi inkişaf və inflyasiya gözləntiləri baxımından önəmli olacaqdır. Burada avronun bahalaşmasına təsir edə biləcək hər hansı bir gözlənilməz açıqlama olmasa, avronun qiymətində ucuzlaşma daha da sürətlənə bilər.
TCMB isə faiz artımına gedərsə, bu, USD/TRY məzənnəsinin qısa müddətli perspektivdə yeni minimumlarına kimi ucuzlaşmasına səbəb ola bilər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Türkiyədə işsizlik sonuncu dəfə 10.8% və inflyasiya 24.5%-ə yüksəlmişdir və sənaye sektorunda biznes aktivliyi və istehsal 1.1% azalmışdır. Belə bir vəziyyətdə Türkiyə bankının inflyasiyanın qarşısını almaq məqsədilə növbəti dəfə faiz artımına getməsi, vəziyyəti daha da çətinləşdirə bilər. Beləliklə, TCMB-nin iqtisadiyyata dəstək olması üçün alternativ olaraq hansı tədbirlər görəcəyi böyük maraqla gözlənilir.
Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq AMB sədri Mario Draqinin çıxışı da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







