Azərbaycanda qızıl hasil edən şirkət kredit borcunu "Gazprombank"a tranfer edib
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkəti Hollandiyanın "Amsterdam Trade Bank N.V." (ATB N.V) bankına olan kredit borcunun bir hissəsini "Gazprombank (Switzerland) Ltd." (GPBS) bankına transfer etdiyini bildirib. Köçürülən kredit borcunun ABŞ dollarında olduğu qeyd olunur.
Şirkətdən verilən açıqlamaya görə, "Anglo-Asian Mining" 2013-cü ilin oktyabr ayında "ATB N.V" bankından qələviləşdirmə zavodunun tikintisi üçün 37 mln. dollar kredit alıb. Bu kreditin 31 dekabr 2016-cı il tarixinə qalığı 17,3 mln. dollar təşkil edib. "Anglo-Asian Mining" 15 fevral 2017-ci il tarixinə qalıq borcunun yarısının, yəni 8,6 mln. dolların "GPBS" bankına transfer əməliyyatının tamamlandığını açıqlayıb. Kredit şərtlərinin dəyişmədiyi və "ATB N.V" bankının hər iki banka aid olan kredit borcunun idarə olunması üzrə agent qismində iştirak etdiyi qeyd olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)




.jpg)
