Gürcüstandan böyük sayda heyvan gətirildi - SATIŞA 35 MİN BAŞ ÇIXARILACAQ
Yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.
21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.
"Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib",- məlumatda deyilir.
Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.
Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:
Bakı şəhəri üzrə
Nərimanov rayonu
1. Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
2. Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)
3. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)
Suraxanı rayonu
1. Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
2. Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi
Binəqədi rayonu
1. Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
2. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)
3. Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)
4. Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi)
Xətai rayonu
1. Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
Yasamal rayonu
1. Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7
2. Xiyabani küçəsi, 10c
3. Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti
Nizami raronu
1. Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi
2. Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi
Səbail rayonu
1. 20-ci sahə (Badamdar şosesi)
2. Bayıl bazarı, Gülbala Əliyev küçəsi
Xəzər rayonu
1. Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası
Qaradağ rayonu
1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)
2. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
3. “Qoç-ət” MMC , Lökbatan qəsəbəsi
Sabunçu rayonu
1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı
2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı
3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı
4. Zabrat qəsəbəsi,” Azmeat” MMC
5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı
7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı
9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107
11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı
Bölgələr
Gəncə şəhəri
Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı
Neftçala rayonu
1. Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi
2. Xili qəsəbəsi
3. Bankə qəsəbəsi
4. Həsənabad qəsəbəsi
1) Şamaxı rayonu
1. Şamaxı şəhər stadionun yanı
2) Göyçay rayonu
Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)
3) İsmayıllı rayonu
1. “Yaşıl market”
4) Lənkəran şəhəri
1. Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.
5) Ağdaş rayonu
1. Zeynəddin kəndi, mal bazarı
6) Quba rayonu
1. Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə
7) Şirvan rayonu
1. 18 №-li məktəbin həyəti
2. 16№-li məktəbin həyəti
10) Şəki şəhəri
Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 12 d. əvvəl
-
13 d. əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
19 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
50 d. əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
2 saat əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Ən çox oxunanlar
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir





















