Kasıb və varlı vətəndaşlar arasında fərq üç dəfədir - RƏSMİ
Ailələrin illik büdcəsinin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi 2017-ci il üçün ailələrin büdcəsi haqqında məlumatları açıqlayıb. Sənədə görə, Azərbaycanın çox kasıb və varlı vətəndaşları arasında fərq cəmi üç dəfədir.
Ötən il ən aşağı gəlir səviyyəsi olan ailələrin gəlirləri bir nəfərə ayda 160,4 manat (94 dollar) təşkil edib. Eyni zamanda, ölkədə yoxsulluq səviyyəsi 165 manat 70 qəpik qiymətləndirilir. Ailələrin 60%-nin aylıq gəlirləri ailənin hər bir üzvü üçün 190-275 manat arasında dəyişir. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin səkkizinci desilinin bir nəfərə düşən ayda gəliri 302,9 manat, doqquzuncu desilinin gəliri 346,8 manat olub. Ən varlı ailələrin ailə üzvü ayda 486,9 manat (286,4 dollar) qazanır.
Ümumiyyətlə, 2017-ci ildə Azərbaycanda bir nəfərə düşən gəlir orta hesabla 268,4 manat (157 dollar) təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,1% çoxdur. Eyni zamanda, gəlirlərin üçdə biri muzdla işləyənlərin, 25,5%-i sahibkarlıq və özünü məşğulluğun, 13,3%-i pensiyaların, 11,2%-i natura şəklində sosial transferlərin, 8,6% %-i digər ailələrdən alınan gəlirlərin payına düşür.
Maraqlıdır ki, 2017-ci ildə bir nəfərə düşən xərclər (278,2 manat və ya 163 ABŞ dolları) aylıq gəlirlərdən 3,6% çox olub. Ailə xərcləri əsasən aşağıdakı kimi bölünüb: ərzaq 117,9 manat; alkoqol 1,5 manat; tütün məmulatları 3,9 manat; paltar və ayaqqabıları 18 manat; içməli su, təbii qaz və s yanacaq 20,5 manat; ev ləvazimatı 24,4 manat; səhiyyə xidmətləri 13,1 manat, nəqliyyat 16,9 manat, rabitə 9 manat; istirahət və mədəniyyət 11,7 manat; təhsil 5,1 manat; otel, kafe və restoranlar – 23.4 manat, və s
İqtisadçılar bildirirlər ki, Azərbaycan kimi ölkələrdə varlı təbəqəni müəyyən etmək mümkün deyil və belə rəqəmlər insanlarda təbəssüm yaradır. Əslində yoxsul təbəqə ilə varlı təbəqə arasında bəlkə 10 dəfələrlə fərq var.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)

