"Məmulatlar yüksək qiymətə alınıb, eşidənə eşitmə aparatları verilib"
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat yayılıb.
Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Protez-Ortopedik Bərpa Mərkəzində və məşğulluq idarələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Bərpa Mərkəzində əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün protez-ortopediya məmulatlarının, kreslo-velo arabalarının və eşitmə aparatlarının satın alınması və istehsalı üzrə sifarişçi olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə Bərpa Mərkəzi arasında bağlanmış müqavilələrdə yalnız məbləğ göstərilib, yəni alınması nəzərdə tutulan məmulatların vahidinin qiyməti, onların çeşidləri, texniki xüsusiyyətləri və miqdarları göstərilməyib, Bərpa Mərkəzi tərəfindən satıcı təşkilatlarla müqavilələr bağlanarkən alınacaq məmulatların vahidinin mövcud bazar qiymətləri öyrənilməyib və nəticədə həmin məmulatlar yüksək qiymətə alınıb, bəzi hallarda tibbi sosial ekspertiza kommisiyalarının qərarlarında əlillərin eşitmə aparatlarına ehtiyaclarının olmadığının göstərilməsinə baxmayaraq onlara eşitmə aparatları verilib, əlil arabasına, eşitmə aparatına və digər protez və ortopedik ayaqqabılara ehtiyacı olan əlillərin uçotu aparılmayıb və bu məmulatların paylanması üzrə növbəlilik təmin edilməyib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində olan rayon (şəhər) məşğulluq mərkəzlərində maddi-məsul şəxslərin hesabından müvafiq təsdiqedici sənədlər olmadan material qiymətlilərinin əsassız olaraq silindiyi, ezamiyyət günlərinin əsassız olaraq artırılması hesabına büdcə vəsaitinin artıq xərcləndiyi, satın alınması barədə tərtib edilmiş müvafiq sənədlərdə göstərilən material qiymətlilərinin faktiki olaraq alınmadığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə çatışmazlığa yol verildyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsinin həvalə edildiyi, işçilərin aylıq əməkhaqları üzrə ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq vəsait xərcləndiyi aşkar edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
- 16 d. əvvəl
-
33 d. əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 44 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğan: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı













.jpg)


.jpg)



