“AtaBank”ın faiz gəlirlərində artım - RƏQƏMLƏR
“AtaBank” ASC 2018-ci ilin birinci yarısını təxminən 123 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2016-cı ilin birinci yarısında 10 milyon 550 min manat, 2017-ci ilin birinci yarısında isə 1 milyon 692 min manat xalis mənfəət əldə etmişdi.
“Marja” xəbər verir ki, “AtaBank”ın faiz gəlirləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 21 milyon 8 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 19 milyon 222 min manat faiz gəliri əldə etmişdi. “AtaBank”ın qeyri-faiz gəlirləri isə 33,5% azalaraq 2 milyon 644 min manata düşüb. “AtaBank” 2017-ci ilin birinci yarısında 3 milyon 974 min manat qeyri-faiz gəliri əldə etmişdi.
Cari ilin birinci yarısında cəmi xərclər cəmi gəlirləri üstələdiyindən “AtaBank”ın 1 milyon 456 min manat əməliyyat zərəri yaranıb. Lakin ötən illər ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 1 milyon 578 min manatı azad olduğundan və mənfəətə əlavə edildiyindən, həm əməliyyat zərəri bağlanıb, həm də bank cari ilin birinci yarısını təxminən 123 min manat xalis mənfəətlə başa vurub.
2017-ci ilin birinci yarısında “AtaBank” 4 milyon manat əməliyyat mənfəətinə nail olmuş, bu mənfəətin 2 milyon 309 min manatını ehtiyatlara ayırmışdı.
30 İyun 2018-ci il tarixində “AtaBank” ASC -nin müştərilərə verdiyi kreditlər 465 milyon 78 min manat təşkil edib. 30 İyun 2017-ci il tarixində bu məbləğ 532 milyon 494 min manat idi.
30 iyun 2018-ci il tarixində “AtaBank” 603 milyon 176 min manat cəmi aktivlərə, 458 milyon 512 min manat cəmi öhdəliklərə və 144 milyon 664 min manat cəmi balans kapitalına malik olub.
Bank 30 İyun 2017-ci il tarixində 609 milyon 875 min manat cəmi aktivlərə, 458 milyon 143 min manat cəmi öhdəliklərə və 151 milyon 731 min manat cəmi balans kapitalına malik idi.
"AtaBank" İyun ayının sonunda 139 milyon 662 min manat məcmu kapitala malik olub.
BANKA YATIRILAN ƏMANƏTLƏR ARTIB
“AtaBank”da depozitlər 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 8,4% artaraq 315 milyon 593 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin müddətli əmanətləri 225 milyon 365 min manatdan 273 milyon 373 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















