“AtaBank”ın sponsorluğu ilə sosial layihəyə start verilib
Təhsil Nazirliyinin dəstəyi, Community.az və Green Line şirkətlərinin təşəbbüsü, “AtaBank” ASC-nin Baş sponsorluğu ilə “Məktəb icmaları” layihəsi çərçivəsində İyun ayından etibarən “Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib.
Layihənin təşkil olunmasında əsas məqsəd yeniyetmələrə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmaqdır.
Burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləri üçün bilik və bacarıqların artırılması məqsədi ilə bir sıra tədbirlər, təqdimatlar keçiriləcək. Bu tədbirlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq bərbər, dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təşkil olunacaq. Qeyd edək ki, peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında “Green Line” şirkətinin peşəkar psixoloqlar komandası tərəfindən keçiriləcək təlimlərə mühüm yer ayrılır.
1 ay davam edəcək layihə ərzində peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, praktiki təcrübələr keçiriləcək, şirkətlərin iş prosesinə ekskursiyalar təşkil olunacaq.
Layihənin yekununda potensial peşə-ixtisas sahələri və özünüinkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzu və amallarının gerçəkləşməsinə dəstək olacaq.
Layihə ilə bağlı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bildirdi ki, “AtaBank hər zaman sosial layihələrə çox böyük önəm verib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu layihəyə qoşulmağımızda məqsəd internat tipli tədris müəssisələrində təhsil alan uşaqların yetişkin həyatlarında ilk addımlarını daha inamla atmaqlarına köməklik göstərə bilməkdir. Layihə çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Biz AtaBank olaraq gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacağıq.”
İyun ayının sonunda yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
- 14 d. əvvəl
-
22 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 44 d. əvvəl
-
52 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"







.jpg)




.jpg)





