Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı artıb
Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.
2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2013-cü ildə Azərbaycanda 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə 68 773, 2016-cı ildə isə 66 771 nəfər nikah bağlayıb.
Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2013-cü ildə 9.3, 2014-cü ildə 9, 2015-ci ildə 7.2, 2016-cı ildə 6.9, 2017-ci ildə 6.5 olub.
Boşanmaların sayına gəldikdə, 2013-cü ildə ölkədə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514 nəfər boşanıb.
Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1.3, 2016-cı ildə 1.4, 2017-ci ildə isə 1,5 olub.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.
©Trend
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 11 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























