"TuranBank" fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir
TuranBank və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan niyyət protokolu imzalamışdır.
İmzalanma mərasimində TuranBankın İdarə Heyət sədrinin birinci müavini Fəzail Musayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev ilə yanaşı, Azərbaycan Hökuməti ilə kənd təsərrüfatı layihələrini həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO-nun), Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyasının təmsilçiləri və bir sıra yerli bank və kredit təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə icra olunacaq layinənin şərtlərinə əsasən, Bank fermerlərə kreditləri 200 000 manatadək olmaqla, maksimum illik 6%-lə, 5 il müddətinə təqdim edəcək. Qeyd edək ki, kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən TuranBank Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində bu gunədək ümumilikdə 910 təsərrüfat subyektinə 23,7 milyon manat həcmində güzəştli kredit vermişdir.
TuranBank 9-u ölkənin regional mərkəzlərində (Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazax) olmaqla ümumilikdə 16 xidmət nöqtəsi vasitəsilə müştərilərə xidmət göstərir.
Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, Facebook (www.facebook.com/turanbankasc), İnstagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









