Bakıda beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən “Şəbəkə” xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
Digər “Şəbəkə” xidmət mərkəzlərində olduğu kimi sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.
Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 9:00-dan 18:00-dək xidmət göstərilir.
“Şəbəkə”nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.
Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.
Bu Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə Bakıda və respublikamızın regionlarında yeni “Şəbəkə” xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









