Daha bir nəhəng yox olmaq təhlükəsilə qarşı-qarşıya
"Air France yox ola bilər"
Fransanın iqtisadiyyat naziri Bruno Le Maire, lazımi addımlar atılmadığı təqdirdə milli aviaşirkət "Air France"ın yox olmaq təhlükəsilə qarşı-qarşıya olduğunu açıqlayıb
"Marja" xəbər verir ki, təxminən 2,5 aydır "Air France"ın işçiləri maaş artımı və iş şəraitinin yaxşılaşdırılması tələbilə tətil keçirirlər.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Aksiya keçirən pilotlar və hava yolu işçilərinə müraciət edən Le Maire, "şirkətin təhlükədə olduğunu" qeyd edərək, hakimiyyətin masaya qoyduğu pullardan daha artığını istəməmələri lazım olduğunu bildirib.
Fransanın "Air France" şirkəti, sərnişin daşıma gücünə görə, "Ryanair", "Easyjet", "THY", "Lufthansa" və "British Airways"dan sonra Avropanın ən böyük 6-ci şirkəti mövqeyindədir.
"Air France"ın mövcudluğunun təhlükədə olduğu xəbərdarlığını edən Le Maire, bütün işçiləri məsuliyətli davranmağa çağırıb.
ŞİRKƏTİN RƏHBƏRİ İSTEFA VERİB
"Air France"ın İdarə Heyətinin sədri Jan-Mark Janaillac, işçilər tərəfindən şirkətin təklif etdiyi maaş artımının rədd edilməsindən sonra istefa etmişdir.
Şirkət rəhbərliyi, "Air France"ın, 2018-in ilk rübündəki zərərinin 269 milyon avro olduğunu bildirmişdi. Tətillərin, xüsusilə aprel və may aylarında mənfi təsirini göstərəcəyi qeyd edilərkən, şirkətin tətil səbəbilə qarşılaşacağı itkinin "ən azı 300 milyon avro" olacağı ehtimal edilir.
Rəsmi şəxslər, yay aylarında intensiv şəkildə rezervasiya və bilet ləğvi qorxusu səbəbindən şirkətin gələcəyinin riskdə olduğu barədə xəbərdarlıq edirlər.
Fransada aviasiya, dəmir yolu və dövlət sektoru işçilərinin tətili səbəbilə başda turizm və restoran sektoru olmaqla bir çox sektorda əhəmiyyətli nisbətdə rezervasiya ləğvləri baş verir. Rəsmi şəxslər, tətillər səbəbindən ölkənin itkisinin 20%-ə çatdığını bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






