Orqanik məhsullara dair milli standart layihələri hazırlanıb
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə (TK 07) tərəfindən ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb.
Bunlar “Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri”, “Orqanik qida məhsulları. Termin və təriflər” və “Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihələridir.
“Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri” standart layihəsi orqanik istehsal məhsulları olan bitki, heyvan, mikrob mənşəli materiallara, həmçinin, təbii balıqçılığa, emal və təkrar emal edilmiş halda, insanın qidasında istifadə edilən, heyvanlar üçün yem kimi istifadə edilən əkilmiş və səpilmiş materiallara aid edilir və onların istehsalı (hazırlanması), saxlanılması və nəql edilməsi tələblərini müəyyən edir.
“Orqanik qida məhsulları. Termin və təriflər” standart layihəsi orqanik qida məhsulları və orqanik istehsal tələblərinə cavab verən, orqanik kənd təsərrüfatı, meşə təsərrüfatı, su ekosistemləri və arıçılıq təsərrüfatı mənbələrindən istehsal edilmiş, orqanik məhsullar və onların emal məhsullarının istehsalı, tərkibi və xüsusiyyətləri sahəsində termin və tərifləri müəyyən edir.
“Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihəsi ərzaq məhsulları bazarında istehlakçıların bu sahədə aldadılmasının və onların saxta məhsullardan qorunmasının mexanizmlərini müəyyən edir.
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış standart layihələri rəy alınması üçün aidiyyəti qurumlara təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


