"Universal Pro" və “Sumqayıt" FK əməkdaşlıq müqaviləsi imzalayıb
29 Mart 2018-ci il tarixində “Sumqayıt" Futbol Klubu və "Universal Pro" MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Universal Pro" MMC-dən "Marja"ya verilən məlumata görə, imzalanan müqavilə bir il müddətində qüvvədə olacaq. Klubun oyunçularının geyimi üzərində "Universal Pro"nun loqosu əks olunacaqdır.
"Kapital Bank Arena"nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, baş məşqçi Samir Abasov, "Universal Pro MMC"nin təsisçisi Cavid İsmayılov, icraçı direktoru Ədalət Baxışov və marketinq meneceri Elşən Bayramov iştirak ediblər.
Daha sonra Riad Rəfiyev və Ədalət Baxışov müqaviləyə imza atıb. Ardınca "Universal Pro MMC"nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunan stadionlarla yaxından tanış olub.
"Universal Pro" MMC inşaat sektorunda 1998-ci ildən fəaliyyət göstərir. Şirkət inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olur, müştərilərinə sənaye avadanlıqları və onların ehtiyat hissələri, şəxsi təhlükəsizlik avadanlıqları, qaldırıcı təhlükəsizlik avadanlıqları və onların ehtiyat hissələri, qazma və ümumi istifadə alətləri, əl alətləri (inşaat və avtomobil sahəsi), elektrik alətləri, elektrikli ölçü alətləri, kimyəvi maddələr, abraziv materiallar, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini təklif edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)


