Azərbaycanda alman xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
“Marja”nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, Azərbaycanda yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti olan alman şirkətlərinə dair məlumatı Almaniya tərəfinə təqdim edib, bunun yolverilməz olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, əczaçılıq, maşınqayırma, elektrotexniki avadanlıqların və kənd təsərrüfatı texnikasının birgə istehsalı, neft-kimya, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq imkanları genişdir. Azərbaycanda yaradılan sənaye zonalarında investorlar üçün yaradılan şərait və güzəştlər barədə məlumat verən nazir qeyd edib ki, alman şirkətləri sənaye zonalarına investisiya yatıra bilərlər. 2018-ci ildə istifadəyə veriləcək “SOCAR Polimer” zavodunun istehsal edəcəyi məhsullarla bağlı da birgə müəssisə yaradıla bilər.
Nazir alman şirkətlərini Azərbaycanın tranzit imkanlarından yararlanmağa və Ələtdə yaradılacaq Azad İqtisadi Zonaya dəvət edib. Şərq Komitəsi tərəfindən Qərbi Balkan ölkələri və Ukrayna üçün elan edilən təqaüd proqramına Azərbaycanın salınmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Bundan başqa, Azərbaycanda Almaniya xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər.
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına maraq göstərdiklərini vurğulayıb, əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Volfqanq Büxele Azərbaycanın işğal altında olan ərazilərində alman şirkətlərinin fəaliyyəti məsələsinin araşdırılacağını və bu barədə Azərbaycan tərəfinə məlumat veriləcəyini bildirib.
Görüşdə iştirak edən Almaniyanın kənd təsərrüfatı texnikasının istehsalı, infrastruktur, enerji və qaz, yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
18 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
8 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
10 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"

















.jpg)



