ABŞ-ın ÜDM-i və Trampın çıxışı ilə bazarlarda güclü dalğalanmalar ola bilər
EUR/USD məzənnəsi 1.2600$-a kimi də güclənə bilər.
Bu gün ABŞ-ın iqtisadi inkişaf göstəricisi və Donald Trampın Davosda çıxışı maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.
Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransında çıxışı ilə son günlər avroda müşahidə edilən artım dalğası 1.25$-a kimi davam etsə də, ABŞ prezidentinin Davosda səsləndirdiyi fikirlərdən sonra yenidən 1.24$-a kimi ucuzlaşıb. Donald Tramp bildirib ki, dollar bahalaşacaq və nəticədə o, güclü dollar görmək istəyir.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi gün ərzində yenidən 1.2470$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.2600$-a kimi də güclənə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın 2017-ci il üzrə iqtisadi inkişaf göstəricisi və saat 20:00-da baş tutacaq Donald Trampın Davosda çıxışı, investorların diqqət mərkəzində saxlanılır və bütün bunlar maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacaqdır.
Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiymətinin 70$-ın üzərində qaldıqca, 73 və 75$-a kimi də bahalaşacağı proqnozları aktual olaraq qalır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















