Faizsiz kredit limiti verən “Pensiya+” xidmətinə maraq getdikcə artır
Azərbaycan Beynəlxalq Bankının (ABB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə maraq getdikcə artır. Beynəlxalq Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bu xidmətə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub.
Məlumat üçün bildirək ki, “Pensiya+” əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradan xidmətdir. ABB-nin bütün pensiya kart sahibləri bu xidmətdən faydalana bilər. Xidmətə qoşulmaqla pensiyaçı hər ay minimum 100 manat, maksimum pensiya məbləği qədər və aylıq yenilənən faizsiz kredit limiti əldə edir. Eyni zamanda, müştərinin müraciəti əsasında bu məbləğ artırıla da bilər. Ayrılmış kredit limitindən Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə etmək olar. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən tutulur. Borc tam ödənildikdən sonra isə kredit limiti yenidən aktivləşdirilir. Xidmət pulsuzdur, müştəridən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.
Hazırda paytaxtda, eləcə də ölkəmizin regionlarında fəaliyyət göstərən 150-dən çox ticarət və xidmət müəssisəsi ABB-nin “Pensiya+” xidmətinə qoşulub. Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur.
Xidmətin ən böyük faydalarından biri pensiyaçı vətəndaşlarımızda nağdsız ödəniş vərdişləri aşılamasıdır. Bu da ölkəmizdə nağdsız ödəniş ənənələrini inkişaf etdirir. Pensiyaçılar arasında internet vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi meyllərinin getdikcə artması da ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, yaşlı və gənc nəsil arasında rəqəmsal fərqin aradan qalxması baxımından önəmlidir. Xatırladaq ki, Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə ilk dəfə 2004-cü ildə ABB tərəfindən başlanıb.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəliMəlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)





