Bütün vergi ödəyiciləri bunu bilməlidir - VERGİLƏRDƏN XƏBƏRDARLIQ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumata görə, cari ilin aprel ayının 1-dən indiyədək 7841 əlavə dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23520,7 milyon manatdan artıqdır.
Gələn ilin əvvəlindən etibarən, elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.
Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” - vergi ödəyicisi, İnternet Vergi İdarəsinin “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir. Qeyd edək ki, bu barədə İnternet vergi idarərsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.
E-qaimənin tətbiqinin vergi orqanları və vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən və əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.
Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 19 d. əvvəl
-
40 d. əvvəl
Dabaq və qarayaraya qarşı peyvəndləmə keçirilir - Heyvan sahiblərinin diqqətinə!
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Bu proses nəzarətsiz davam etsə, rəsmi avtomobil bizneslərinin tənəzüllünə gətirib çıxara bilər"
-
1 saat əvvəl
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır
-
2 saat əvvəl
"Aqrarkredit" BOKT-a məxsus əmlak hərracda start qiymətindən 85 % baha satılıb
-
2 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda regional “LEGIS Hüquq Forum”u keçirilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Soyuq hava qlobal istiləşməni təkzib etmir
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır
Ən çox oxunanlar
Fevralın 6-da gözlənilən hava şəraiti
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Azərbaycana Yaxın Şərqdən turist axını 13 % artıb
"CFI Financial Group" Azərbaycandakı törəməsinə tam sahib olub
Qiymətdən daha ötəsi – Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılması
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək



















