Üçotaqlı mənzil üçün aylıq ödəniş 350 manatı keçməyəcək
“İndidən sosial mənzillərin qiymətləri barədə danışmaq tələskənlik ola bilər. Onlar tikinti prosesində müəyyən ediləcək. İstənilən halda, onlar bazar qiymətlərindən aşağı olacaq.
Torpaq ayrılması və infrastrukturun çəkilməsi yolu ilə güzəştli mənzil tikintisinə şərait yaradan dövlət bizə əhalinin geniş təbəqələri, aztəminatlı ailələri üçün əlverişli olan qiymət səviyyəsinə çıxmağa imkan yaradır”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Region Plus” jurnalına müsahibəsində deyib.
“Bununla yanaşı, bizim mənzillər bazar təkliflərindən başqa digər cəhətlərinə görə də fərqlənəcəklər. Məsələ bundadır ki, insanları kvadratmetrə görə aşağı qiymətlərlə cəlb edən bəzi özəl developerlər çox vaxt bütün xarici və daxili divarları da hesaba qataraq, yəni ölçməni xarici divardan apararaq, mənzilin real sahəsini şişirdirlər.
Biz mənzilin dəyərini daxili perimetr üzrə hesablayacağıq. Müqayisə üçün, mənzillərin daxili perimetrlə sahəsi də göstəriləcək; məsələn, bizim təqdim etdiyimiz 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20% fərq deməkdir.
Tikintinin aşağı dəyəri həm də tender əsasında aşağı qiymət təklif edən, amma eyni zamanda, tikinti işlərinin vaxtında yerinə yetirilməsinə və keyfiyyətli olmasına zəmanət verən podratçıların seçilməsi ilə təmin ediləcək.
Tikinti işlərinin 30%-dən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq, istəyənlər elektron rejimdə mənzili, mərtəbəsini, sahəsini və s. seçə bilərlər. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.
Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir: birinci - mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq; ikinci - Azərbaycan İpoteka Fondunun illik 4%-lə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.
Bizim hesablamalar göstərir ki, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar əmlak sahibi olmaq imkanı əldə edəcəklər.
Bundan başqa, yuxarıda sadalanan qaydalara uyğun olaraq, biz mülkiyyətin əvvəlcədən qeydiyyat sistemini işə salırıq. Bu, Azərbaycanda qanunvericiliklə təsdiqlənsə də, geniş istifadə edilmirdi.
Yəni, artıq tikinti gedə-gedə müvafiq dövlət qurumunda mənzilə mülkiyyət hüququ qeydiyyata alınacaq ki, bu da həmin mərhələdə ipoteka krediti götürməyə imkan yaradacaq.
“Güzəştli mənzil” elektron sistemi 1 may 2017-ci il tarixdən “Elektron hökumət” portalında fəaliyyətə başlamalıdır.
Hazırda onun nizamnaməsinin hazırlanması üzrə işlər gedir, təsdiqdən sonra biz “ASAN xidmət”lə birlikdə güzəştli mənzil almaq istəyən adamların qeydiyyatına başlayacağıq.
Biz artıq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə danışıqlara başlamışıq ki, bizim əməkdaşlar müvafiq “ASAN xidmət” mərkəzlərində qeydiyyat üçün sənədləri qəbul edə bilsinlər ”, - deyə S.Nuriyev qeyd edib.
© oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


