Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Tərəflər sənaye əməkdaşlığı, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, BSC məhsullarının Özbəkistan bazarına ixracının artırılması, Özbəkistan şirkətlərinin BSC-nin tədarük zəncirinə inteqrasiyası, habelə gələcək kommersiya əməkdaşlığı imkanlarını müzakirə ediblər.(®) “Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) baş direktoru Kamal İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti V Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2026) çərçivəsində Daşkənd şəhərində səfərdə olub və Özbəkistan Respublikasının dövlət qurumları, eləcə də aparıcı sənaye şirkətlərinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib.
Görüşlərdə əsas diqqət metallurgiya sənayesində əməkdaşlıq perspektivlərinə, innovativ texnologiyaların tətbiqinə, xammal və məhsul tədarük zəncirlərinin inkişafına, həmçinin regional sənaye layihələrində iştirak imkanlarına yönəldilib.
Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, həmçinin “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Abduqani Sanginov, “Özbəkistan Metallurgiya Kombinatı” Səhmdar Cəmiyyətinin (“Uzmetkombinat”) İdarə Heyətinin sədri – baş direktoru Bahodir Abdullayev və Daşkənd Metallurgiya Zavodunun rəhbərliyi ilə görüşlər keçirilib. Tərəflər sənaye əməkdaşlığı, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, BSC məhsullarının Özbəkistan bazarına ixracının artırılması, Özbəkistan şirkətlərinin BSC-nin tədarük zəncirinə inteqrasiyası, habelə gələcək kommersiya əməkdaşlığı imkanlarını müzakirə ediblər.
BSC region ölkələri ilə sənaye əməkdaşlığının inkişafına xüsusi önəm verir. Forum günlərində keçirilən görüş və müzakirələr Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə, sənaye kooperasiyasının gücləndirilməsinə və yeni investisiya imkanlarının formalaşmasına töhfə verir. BSC bu istiqamətdə fəaliyyəti ilə iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və iqtisadi inkişafa dəstək verməyi hədəfləyir.

BSC-nin baş direktoru Kamal İbrahimov şirkətin forumda iştirakını şərh edərək bildirib:
“Daşkənddə keçirilən görüşlər bizə Özbəkistan bazarının tələbatını birbaşa öyrənmək və profil nazirlik, eləcə də ölkənin aparıcı müəssisələri ilə konkret tədarük formatlarını müzakirə etmək imkanı verdi. Biz birbaşa işgüzar əlaqələr qurduq və praktiki nəticəyə — tədarük həcminin artırılmasına və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmişik”.
BSC beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək, qlobal sənaye dəyər zəncirlərində mövqelərini daha da möhkəmləndirmək və innovativ istehsal həlləri hesabına metallurgiya sektorunda dayanıqlı inkişafı təmin etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Şirkət haqqında
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur, sənaye və neft-qaz sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir. BSC-nin məhsulları beynəlxalq standartların tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.
Əlavə məlumat: www.bakusteel.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 d. əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
6 d. əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
-
19 d. əvvəl
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
-
27 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
36 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
48 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 52 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Ən çox oxunanlar
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti




























