"Elektron ticarətə ƏDV-nin tətbiqi bankların müştərilərinin azalmasına səbəb ola bilər"
PwC Azərbaycan Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər mövzusunda seminar keçirib
PwC Azərbaycan yanvarın 10-da Boulvard Hotel Baku-da Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş dəyişikliklər mövzusunda seminar keçirib. PwC şirkətinin vergi və hüquq mütəxəssislərinin keçirdiyi seminarda 100-dən çox biznes və media nümayəndəsi iştirak edib. Seminardan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Vergi Məcəlləsinə son bir neçə il ərzində edilmiş dəyişikliklər ilə müqayisədə 2017-ci ildən qüvvəyə minmiş dəyişikliklər Azərbaycanın vergi qanunvericiliyinin beynəlxalq vergi prinsiplərinə daha çox uyğunlaşdırılması baxımından xüsusi diqqət çəkir.
PwC Azərbaycanın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern bildirmişdir ki: “Bir çox digər ölkələrdə olduğu kimi qlobal iqtisadi böhran, eləcə də neftin qiymətinin aşağı olması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Azərbaycan dövləti vergi gəlirlərinin həcminin böhrandan əvvəlki səviyyəyə yüksəldilməsi üçün səylərini davam etdirir. Transfer qiymət, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və vergi amnistiyası daha şəffaf və əməkdaşlığa əsaslanan vergi mühitinə doğru atılmış böyük bir addım hesab olunmalıdır".
Azərbaycanda öz əksini tapan üç qlobal tendensiyaya transfer qiymət, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi tətbiqini nümunə göstərmək olar.
PwC Azərbaycanın Vergi Məsələləri üzrə Direktoru Arif Quliyev bildirmişdir ki: “Qəbul edilmiş dəyişikliklər vergi qanunvericiliyinin təkmilləşdirilməsinin ikinci mərhələsi- yeni müddəaların praktiki tətbiqi, hesabatlılıq və vergilərin hesablanması metodologiyasına dair ətraflı qaydaların qəbul edilməsi üçün konseptual mexanizm və əsaslar yaradır. Eyni zamanda, qəbul ediləcək bu qaydaların təfərrüatlarına xüsusi diqqət yetirilməlidir”.
Qloballaşan dünyada Azərbaycan vergi qanunvericiliyini modernləşdirməklə, digər ölkələrin vergi orqanları ilə əməkdaşlıq etməklə, eləcə də İƏİT və BMT kimi beynəlxalq təşkilatların dəstək və təşəbbüslərindən istifadə etməklə öz vergi bazasını qoruyacaq.
Vergi strukturlaşdırılması ilə bağlı daha məhdudlaşdırıcı qanunvericilik 2017-ci ildə edilmiş dəyişikliklərdə öz əksini tapıb. "Bizim məqsədimiz müştərilərin biznesinin vergi qanunvericiliyi çərçivəsi daxilində effektiv strukturlaşdırılmasını təmin etməkdir. İlk baxışdan çətin görünsə də, iqtisadi mahiyyətə əsaslanaraq buna nail olmaq olar", deyə PwC Azərbaycanın Vergi xidmətləri üzrə Baş Meneceri Rizvan Qubiyev qeyd etmişdir.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq. PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.
XXX
Azərbaycanda elektron ticarətə əlavə dəyər vergisinin (ƏDV) tətbiqi yerli kommersiya banklarının müştərilərinin azalmasına səbəb ola bilər.
Bunu "PwC Azerbaijan”ın vergi məsələləri üzrə baş meneceri Rizvan Qubiyev deyib.
Onun sözlərinə görə, son nəticədə ölkə vətəndaşları Gürcüstan və Türkiyə banklarının kartları vasitəsilə elektron ticarət əməliyyatları aparacaqlar.
R.Qubiyev həmçinin qeyd edib ki, yenilənmiş Vergi Məcəlləsi ilə vergi məsələlərinin nizamlanmasının bankların üzərinə qoyulması əlavə xərclərə səbəb olacaq.
"PwC Azerbaijan”ın vergi məsələləri üzrə direktoru Arif Quliyev isə deyib ki, yeni dəyişikliklər təmsil etdiyi şirkətin müştərilərinin işinə də təsir göstərib.
© PwC Azerbaijan, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
18 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
47 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
55 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)















.jpg)

