Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Mərkəzi Bank Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul olunub.
Mərkəzi Bank şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl maliyyə, iqlim stres-testləri, eləcə də dayanıqlılıq amillərinin pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində kollektiv tədqiqatlara həm töhfə verəcək, həm də onlardan faydalanacaq.
Mərkəzi Bankın bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə gündəliyinin, o cümlədən Yaşıl taksonomiyanın tətbiqi, yaşıl istiqraz bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini şərtləndirəcəkdir. Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf istiqamətində transformasiyası üzrə siyasəti ilə də uzlaşır.
Qeyd edilib ki, NGFS dünyanın müxtəlif ölkələrindən mərkəzi bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən qlobal şəbəkədir.
Mərkəzi Bank bundan sonra da beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı inkişaf etdirərək qlobal çağırışlara uyğun siyasətlərin formalaşdırılmasını davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)





