PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib
PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində investorlar və bazar iştirakçıları ilə görüş keçirib.
Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak ediblər.
23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyev bildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazarda şəffaflığı artırır.
“İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızın daha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyər yaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaf təmin etməyi hədəfləyirik,”- deyə, Nağıyev qeyd edib.
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nun kapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi və investorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda, abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xarici investorların cəlb olunması, hesablaşma və uçot sistemlərinin inkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzində olub.
PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Abunə yazılışı 12 may 2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)







