Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Pakistanın Baş naziri Şahbaz Şərif, ABŞ Prezidenti Donald Trampdan İrana verilən müddətin iki həftə uzadılmasını, İran rəhbərliyindən isə Hörmüz boğazını iki həftəlik açmasını xahiş edib.
Marja xəbər verir ki, Şərif sosial media hesabında etdiyi paylaşımda ABŞ ilə İran arasında aparılan danışıqların “güclü şəkildə irəlilədiyini” bildirib.
Paylaşımında o qeyd edib: “Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər ardıcıl, güclü və effektiv şəkildə irəliləyir və yaxın gələcəkdə konkret nəticələr vermək potensialına malikdir.”
Şahbaz Şərif açıqlamasında belə deyib:
“Diplomatiyanın öz axarında davam etməsinə imkan yaratmaq üçün Prezident Trampdan müddəti daha iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm. Pakistan, xoş niyyət jesti olaraq, iranlı qardaşlarımızdan Hörmüz boğazını iki həftə müddətinə açmalarını səmimiyyətlə rica edir.”
Baş nazir Şərif bölgədə davamlı sülh və sabitliyin təmin olunması üçün “diplomatiyaya müharibəni qəti şəkildə sona çatdırmaq imkanı verilməli olduğunu” vurğulayaraq, “bütün münaqişə tərəflərini” iki həftəlik atəşkəsə çağırıb.
Trampın ultimatomu
Tramp bu gün Fox News-a verdiyi açıqlamada İrana qarşı indiyədək görünməmiş bir hücum planına işarə edərək, “Saat 20:00-da bu baş verəcək” deyib.
Tramp sosial media hesabındakı paylaşımında isə belə yazıb: “Bu gecə bir sivilizasiya (mədəniyyət) yox olacaq və bir daha heç vaxt geri qayıtmayacaq. Bunun baş verməsini istəmirəm, amma çox güman ki, baş verəcək.”
Daha əvvəl Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranı hədələyən Tramp, 5 aprel tarixli paylaşımında “Çərşənbə axşamı ABŞ-ın Şərq sahili vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə: 8 aprel 04:00)” ifadəsinə yer verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
23 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 33 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)






.jpg)







