Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Press TV" yüksək vəzifəli rəsmi şəxsə istinadən xəbər verir ki, Tehran mümkün atəşkəs və ya müharibənin dayandırılması ilə bağlı şərtlərini açıqlayıb.

Məlumata görə, İran əsas tələblərdən biri kimi Hürmüz Boğazı üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınmasını önə çəkir. Bununla yanaşı, müharibənin vurduğu zərərlərlə bağlı konkret qərarın qəbul olunması və təminatlı təzminat mexanizminin yaradılması tələb edilir.

Rəsmi mənbə bildirib ki, bu şərtlər yerinə yetirilənədək İran müdafiə əməliyyatlarını davam etdirəcək. Açıqlamada vurğulanır ki, müharibənin dayandırılması üçün ilk şərt hücumların və sui-qəsdlərin tam şəkildə dayandırılmasıdır.

Tehran rəhbərliyi eyni zamanda oxşar münaqişənin təkrar yaşanmaması üçün konkret təhlükəsizlik zəmanətlərinin verilməsini də tələb edir. Qeyd olunur ki, İran bu müddətdə regional vasitəçilik mexanizmləri çərçivəsində diplomatik təmaslarını davam etdirəcək və “özünümüdafiə hüququnu” qoruyacaq.

“Müharibənin sonunu İran müəyyən edəcək” mesajı

Press TV-nin məlumatına görə, iranlı rəsmi Donald Trampın müharibənin nə vaxt başa çatacağını müəyyən etməsinə icazə verilməyəcəyini də bildirib.

Xəbərdə həmçinin qeyd olunur ki, Vaşinqton tərəfindən təqdim olunan təkliflər İran tərəfindən nəzərdən keçirilsə də, “hədsiz qəbuledilməz" olduğu üçün qəbul edilməyib.

Sonda vurğulanır ki, İran münaqişəni yalnız öz şərtləri yerinə yetirildiyi halda və özü tərəfindən müəyyən ediləcək vaxt çərçivəsində başa çatdıracaq.

25.03.2026 20:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18