“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında görüş keçirilib.
Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ixrac prosesindəki texniki-hüquqi prosedurların müzakirəsi olub.
Hitoşi Usukura bildirib ki, “Shinseikai” təşkilatı Yaponiyanın iqtisadi həyatında mühüm rol oynayan 5000-dən çox üzvü özündə birləşdirir. Təşkilatın üzvləri tekstil, kənd təsərrüfatı, sənaye istehsalı, logistika və digər strateji sektorları təmsil edən sahibkarlardan ibarətdir. Yaponiyalı qonaq Azərbaycanın ixrac potensialı ilə yaxından maraqlandıqlarını və təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına dəstək verə biləcəklərini vurğulayıb.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qonağa portalın fəaliyyət istiqamətləri, yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları (“Amazon”, “Alibaba” və s.) ilə inteqrasiya barədə təqdimatla çıxış edib.
Təqdimat zamanı nümayiş etdirilən “Azexport”un rəqəmsal sərgi zalı qarşı tərəfin xüsusi marağına səbəb olub. Hitoşi Usukura qeyd edib ki, məsafədən asılı olmayaraq məhsulların vizual və detallı şəkildə nümayişini təmin edən bu innovativ həll yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında dolğun məlumat əldə etməsi üçün unikal vasitə ola bilər.
Tərəflər ixrac zamanı qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və hüquqi prosedurlar ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətdə sahibkarların maarifləndirilməsi və logistik maneələrin aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşün yekunu olaraq, “Shinseikai” təşkilatının üzvləri ilə Azərbaycan ixracatçıları arasında B2B əlaqələrin qurulması və məhsullarımızın Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiyası istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)







.jpg)






