“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib. Belə ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir. Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb. Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb. “Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.
Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.
“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
46 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb



















