Dünya Qızıl Şurası qızılın qiymətini aşağı sala biləcək ssenarini açıqlayıb
Dünya Qızıl Şurası: ABŞ-da Donald Tramp administrasiyasının müəyyən etdiyi siyasətlərin uğurlu olması halında iqtisadi artımın sürətlənməsi geosiyasi riskləri azaldaraq faiz dərəcələrinin yüksəlməsinə və dolların güclənməsinə səbəb ola bilər ki, bu da qızıl qiymətlərini aşağı sala bilər.Dünya Qızıl Şurası tərəfindən yayımlanan “Gold Outlook 2026: Push ahead or pull back" adlı hesabatına görə, qızıl 2026-cı ildə iqtisadi və geosiyasi proseslərin fonunda yenidən bahalaşa bilər.
Marja xəbər verir ki, hesabata əsasən, dollarla ifadə olunan qızıl qiyməti 2025-ci ildə qeyri-adi performans nümayiş etdirərək noyabr ayının sonuna olan dövrdə illik 60 faizdən çox gəlir təmin edib və il ərzində 50-dən çox rekord yeniləyib.
Artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, dolların zəifləməsi və müsbət qiymət momentumu ilin boyunca qızılı dəstəkləyib. Sabitlik axtaran investorların alışları və mərkəzi bankların ehtiyatlarına qızıl əlavə etməyə davam etməsi də qiymətlərin yüksəlməsində mühüm rol oynayıb.
Bu çərçivədə qızıl ilin ən yaxşı performans göstərən aktivlərindən biri kimi önə çıxıb.
Hesabata görə hazırda qızıl qiymətləri iqtisadi artım, inflyasiya və pul siyasəti ilə bağlı makroiqtisadi konsensus gözləntilərini əks etdirir.
Sərt iqtisadi yavaşlama gözlənilir
Hesabata görə 2026-ya baxıldıqda, qızılın qiyməti “geoiqtisadi qeyri-müəyyənliklərin kölgəsində” formalaşacaq. Mövcud şərtlər davam edərsə, qızılın qiymətinin dar bir aralıqda hərəkət etməsi gözlənilir. Lakin 2025-ci ilin gedişi nəzərə alındıqda, Şuraya görə, 2026 sürprizlərlə dolu bir il ola bilər.
İqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin daha da enməsi halında qızılın qiyməti orta səviyyəli yüksəliş göstərəcəyi proqnozlaşdırılır. Qlobal risklərin artdığı daha sərt iqtisadi yavaşlama ssenarisində isə qızılın qiymətinin kəskin qalxa biləcəyi gözlənilir.
Bundan əlavə, ABŞ-da Donald Tramp administrasiyasının müəyyən etdiyi siyasətlərin uğurlu olması halında iqtisadi artımın sürətlənməsi geosiyasi riskləri azaldaraq faiz dərəcələrinin yüksəlməsinə və dolların güclənməsinə səbəb ola bilər ki, bu da qızıl qiymətlərini aşağı sala bilər.
Hesabatda mərkəzi bankların qızıl tələbi, istifadə edilmiş və ya köhnə qızıl məhsullarının (məsələn, zinət əşyaları, texnoloji məhsullar və s.) yenidən əridilərək təkrar istifadəyə verilməsi kimi əlavə faktorların da bazara təsir göstərə biləcəyi vurğulanır və bildirilir:
“Ən önəmlisi, bazar dəyişkənliyinin davam etdiyi bir şəraitdə portfelin çeşidlənməsi və sabitlik mənbəyi kimi qızılın rolu həlledici əhəmiyyətini qoruyur.”
Əlavə edək ki, hazırda qlobal bzarlarda qızılın unsiyasınnı qiyməti 4200 dollara yaxındır (Bakı vaxtı ilə saat 17:30-a olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)


.jpg)












.jpg)


