“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
(®) 25 noyabr 2025-ci il tarixində Hilton Hotel-də Rabalon və beynəlxalq IT nəhəngi ManageEngine tərəfindən birgə təşkil edilən “Shield NxG IAM & Cybersecurity Event” adlı xüsusi tədbir keçirilib.
Tədbir banklar, sığorta şirkətləri, BOKT-lar və digər maliyyə sektorunun nümayəndələrini bir araya gətirib.
Tədbirin əsas məqsədi maliyyə sektorunda rəqəmsal təhlükəsizliyin təmin edilməsi, İAM (Identity and Access Management) və SIEM sahəsində müasir texnologiyaların tətbiqi üzrə praktik yanaşmaları müzakirə etmək idi.
Spiker kimi çıxış edən ManageEngine mütəxəssisi Abhilash Mamidela, AD360/ID360 və Log360 həlləri çərçivəsində korporativ kimliklərin idarə olunması və daxili təhlükəsizlik risklərinin azaldılması mövzusunda təqdimatla çıxış edib.
Daha sonra Rabalon İT Qrup Rəhbəri Vüsal Əskərli, Rabalon və ManageEngine əməkdaşlığı çərçivəsində regionda həyata keçirilmiş uğurlu layihələr barədə məlumat verib.
Rəsmi hissədən sonra iştirakçılar klassik musiqi müşayiəti ilə şam yeməyində müzakirələr aparıb, interaktiv hədiyyəli oyunlarda iştirak ediblər. Tədbirin yüksək fəallığı həm texnoloji bilik mübadiləsi, həm də gələcək tərəfdaşlıqlar üçün əlverişli platforma yaradıb.
Rabalon, ManageEngine-in Azərbaycandakı rəsmi eksklüziv tərəfdaşı olaraq, ölkənin aparıcı dövlət və özəl qurumları üçün kibertəhlükəsizlik, IT idarəetməsi və əməliyyatların avtomatlaşdırılması üzrə genişmiqyaslı həllər təqdim etməyə davam edir.
Rabalon haqqında
“Rabalon” Bakıda yerləşən və qabaqcıl IT həllərini təqdim edən aparıcı IT inteqrator şirkətidir. Şirkət müxtəlif sektorlarda fəaliyyət göstərən qurum və şirkətlər üçün fərdiləşdirilmiş, yüksək məhsuldar həllər təqdim edərək, kibertəhlükəsizlik və IT idarəetməsinin inkişafına dəstək olur. Daha ətraflı məlumat üçünrabalon.com saytına daxil olun və şirkəti sosial şəbəkələrdə izləyin.
ManageEngine haqqında
ManageEngine qlobal səviyyədə IT idarəetməsi, təhlükəsizlik və əməliyyatların avtomatlaşdırılması üzrə həllər təqdim edən aparıcı şirkətdir. Şirkətin məhsulları müəssisələrə korporativ resursları qorumağa, riskləri idarə etməyə və IT infrastrukturunu optimallaşdırmağa imkan verir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)






.jpg)



