Wolt Şuşa və Qubada da fəaliyyətə başladı
Artıq Şuşa və Quba sakinləri Wolt tətbiqi vasitəsilə sifarişlər edə bilirlər."Wolt", Azərbaycanda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən texnologiya və logistika şirkətidir. Şirkət Azərbaycanın regionlarında genişlənməsini davam etdirərək, artıq Şuşa və Qubada şəhərlərində də fəaliyyətə başlayıb.
Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir. Wolt-un yeni şəhərlərdə istifadəyə verilməsi, şirkətin məqsədinə – Azərbaycanın bütün bölgələrində eyni səviyyədə yüksək xidmət keyfiyyəti təmin etmək istiqamətində atılmış mühüm addımdır.
Artıq Şuşa və Qubada yaşayan istifadəçilər Wolt tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər.
Çatdırılmalar tez, etibarlı və izlənə bilən formada həyata keçirilir. Yerli sahibkarlar üçün isə Wolt, yalnız çatdırılma xidməti deyil, həm də rəqəmsal satış kanalı və marketinq dəstəyi platforması rolunu oynayır. Şirkət tərəfdaşlarına yeni müştərilərə çıxış imkanı, analitika alətləri və platformada görünürlük imkanı təqdim edərək, onların satışlarını artırmağa və bizneslərini inkişaf etdirməyə şərait yaradır.
Yeni şəhərin xəritəyə əlavə olunması ilə Wolt, Azərbaycanın regionlarında rəqəmsal transformasiyanı sürətləndirmək, yerli iqtisadiyyata dəstək vermək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədini davam etdirir. Şirkət həm yerli sahibkarlar, həm də kuryerlər üçün yeni gəlir imkanları yaradaraq, regionlarda məşğulluğun artmasına da töhfə verir.
Şuşa və Qubada Wolt-un istifadəyə verilməsi, şirkətin Azərbaycan bazarına uzunmüddətli strateji yanaşmasının bir hissəsidir. Genişlənmə planları çərçivəsində Wolt yaxın aylarda digər şəhərlərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır.
Wolt haqqında Wolt – 2014-cü ildə Finlandiyada yaradılmış texnologiya şirkətidir. Hazırda DoorDash qlobal ailəsinin bir hissəsi olan Wolt, 25-dən çox ölkədə 300-dən çox şəhərdə fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət göstərir. Azərbaycanda Wolt, paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şuşa, Xankəndi, Qəbələ, Mingəçevir, Naxçıvanda da aktivdir və məqsədi ölkənin bütün şəhərlərində rahat, texnologiya əsaslı çatdırılma təcrübəsini əlçatan etməkdir. Odur ki, yaxın zamanda yeni şəhərlərdə də xidmətinizdə olacaq. Wolt tətbiqini App Store və Play Store-dan asanlıqla yükləyib istədiklərinizi sifariş edin və sürətli çatdırılmadan zövq alın.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
7 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur





















