24 yaşı var, tanınmış 2 avtomobil şirkətinin direktoru təyin edildi
"Subaru Azərbaycan"a və "Rotary Motors"a yeni direktor təyin edilib.Yaponiyanın Subaru brendinə məxsus avtomobillərin Azərbaycanda satışını həyata keçirən "Subaru Azərbaycan" MMC-nin direktoru dəyişib.
Marja.az xəbər verir ki, Yusifzadə Aysun Samir qızı Şirkətin direktoru vəzifəsindən azad edilərək, yerinə 24 yaşlı Cəbiyev Aşur Nizami oğlu təyin olunub.
Həmçinin Aşur Cəbiyev Mazda avtomobillərinin Azərbaycanda rəsmi satışını həyata keçirən "Rotary Motors" MMC-nin də (Mazda Avtomobil Mərkəzi) direktoru təyin edilib. O, Əzizova Bəsti Rəhbər qızını əvəz edib.
Əlavə edək ki, Aşur Cəbiyev “Group Motors” MMC-nin Marketinq direktorudur.
2006-cı ilin Sentyabr ayında "Burc Motors" MMC adı ilə dövlət qeydiyyatına alınmış, 2009-cu ilin May ayından "Subaru Azərbaycan" MMC olaraq fəaliyyətini davam etdirən şirkət 1 milyon 204 manat nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesidir.
2007-ci ilin Noyabr ayında dövlət qeydiyyatına alınmış "Rotary Motors" MMC 100 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesidir.
"Group Motors" - Toyota, BYD, Mazda, Mitsubishi, Subaru və Honda kimi beynəlxalq avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)








