Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"
Dünya bazarında qızılın qiyməti rekordlardan sonra düşür. Bazar ertəsi 1 unsiya qızıl 4381 dollara qədər yüksələrək yeni rekord qırdıqdan sonra hazırda 4100 dollatdan aşağı qiymətə ticarət olunur.
İnvestorlar qızılın qiymət istiqamətinin necə dəyişəcəyini maraqla izləyirlər.
Marja xəbər verir ki, qızılın qiymətilə bağlı yeni proqnoz ABŞ-ın nəhəng maliyyə qurumu Citi Bank tərəfindən verilib. Citi, qısamüddətli dövrdə əvvəlki nikbin mövqeyini yumşaldaraq, növbəti 0–3 ay ərzində 1 unsiya qızılın qiymətinin 4 000 dollar səviyyəsində sabitləşəcəyini gözlədiyini açıqlayıb. Bakı vaxtı ilə saat 15:35-də qızıl 2% ucuzlaşma ilə 4044 dollardan ticarət olunub. Dünən qızıl 6 faizdən çox ucuzlaşıb.
Banka görə, ABŞ hökumətinin bağlanmasının başa çatması və Çinlə ABŞ arasında əldə edilə biləcək razılaşmaların açıqlanması növbəti 2–3 həftə ərzində qızıl bazarında qiymətlərin daha da düşməsinə səbəb ola bilər.
ABŞ-Çin ticarət gərginliyinin azalması və qlobal ticarət danışıqlarında irəliləyiş gözləntiləri qızıla “təhlükəsiz liman” tələbini zəiflədib. Həmçinin investorlar ayın əvvəlində baş verən güclü bahalaşmadan sonra mənfəət götürməyə üstünlük veriblər, bunun üçün qızıl satırlar. Qlobal bazarlarda diqqətlər bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə yönəlib.
Digər metallarda qiymət artımı gözlənilir
Citi Bank qızıl üçün qısamüddətli dövrdə ehtiyatlı mövqe tutusa da, ortamüddətli dövrdə əsas metallar üzrə qiymət artımı proqnozlaşdırır. Bankın qiymətləndirməsinə görə, misin qiyməti növbəti 6–12 ay ərzində 1 ton üçün12 min dollara, alüminiumun qiyməti isə 2027-ci ilə qədər 1 ton üçün 3500 dollara yüksələcək.
Neft üçün 60 dollarlıq proqnoz
Neft bazarına dair qiymətləndirməsində Citi bildirib ki, 2026-cı ilin ilk rübündə Brent markalı neftin orta qiyməti bir barel üçün təxminən 60 dollar səviyyəsində olacaq.
Ticarət danışıqları ilə bağlı nikbinlik qızılı ucuzlaşdırır
Qızılın qiymətinin geriləməsi ABŞ Prezidenti Donald Trampın açıqlamalarından sonra baş verib. Tramp, Çin Prezidenti Si Cinpinlə keçiriləcək növbəti görüşdə “yaxşı bir ticarət razılaşmasının əldə oluna biləcəyini” deyib, lakin danışıqların “bəlkə də baş tutmaya biləcəyini” də etiraf edib.
Onun bu açıqlamaları bazar əhval-ruhiyyəsini gücləndirib, qızıla olan "təhlükəsiz sığınacaq "tələbinin azalmasına səbəb olub.
Eyni zamanda, Hindistanın "Mint" qəzeti yazır ki, Vaşinqton və Yeni Dehli ABŞ mallarına tətbiq edilən tarifləri 50%-dən 15–16%-ə endirəcək ticarət razılaşmasını yekunlaşdırmaq üzrədir. Bu addımın iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcəyi və qlobal risk iştahını artıracağı bildirilir.
Analitiklər: “Qiymət çox şişmişdi, investorlar mənfəət götürür”
ING analitikləri qeyd ediblər ki, “son həftələrdə bazar həddindən artıq yüksəldiyi üçün investorlar mənfəət götürməyə başladılar” və “bazardakı iştirakçılar artım trendinin davamlılığı barədə getdikcə daha çox narahat olurdular.”
İnvestorlar cümə günü açıqlanacaq ABŞ istehlak qiymətləri indeksinə (CPI) diqqət yönəldiblər. Bu məlumat gələn həftə keçiriləcək Federal Ehtiyat Sisteminin faiz qərarı üçün əsas göstərici hesab olunur.
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması isə maliyyə bazarlarında qeyri-müəyyənlik yaradıb və iqtisadi məlumatların açıqlanma cədvəlinə təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)








.jpg)







