Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
Azərbaycanda 2027-ci ilə qədər 8 günəş və külək elektrik stansiyasının (Naxçıvandakı layihələr nəzərə alınmadan) istismara verilməsi planlaşdırılır.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsində layihələrinin həyata keçirilməsinin birinci mərhələsi (230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisi) artıq həyata keçirilib.
"İkinci mərhələnin (240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi layihəsi) bu ilin sonunadək başa çatacağı, 2026-cı ildə ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının (445 MVt gücündə "Biləsuvar" GES və 315 MVt gücündə "Neftçala" GES) və 100 MVt gücündə "Qobustan" GES-in istismara verilməsi gözlənilir.
2027-ci ildə 240 MVt gücündə "Abşeron-Qaradağ", 50 MVt gücündə "Üfüq", 50 MVt gücündə "Şəms" və 240 MVt gücündə "Şəfəq" GES-in istismara verilməsi planlaşdırılır", - R.Hümbətova bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








.jpg)

