Britaniyanın qızıl hasilatçısı Azərbaycandakı törəmə şirkətində kadr təyinatları həyata keçirib
“Azerbaijan International Mining Company Limited” (AIMC - Böyük Britaniyanın qızıl mədən şirkəti olan “Anglo-Asian Mining”in (AAM) törəmə şirkəti) ali rəhbərlik komandasını gücləndirmək məqsədilə bir sıra təyinatlar həyata keçirib.
Bu barədə AAM şirkətinə istinadən xəbər verir.
Məlumata görə, Dominik O'Hara AIMC-nin dağ-mədən işləri üzrə direktoru vəzifəsinə təyin edilib. D.O'Hara üç qitədə 15 ildən çox müddətdə mis və qızıl hasilatı üzrə açıq və yeraltı işlərdə çalışıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, konsaltinq sahəsində çalışıb, həmçinin “Glencore” və “AngloGold Ashanti” şirkətlərində rəhbər vəzifələr tutub.
AMIC-nin geologiya üzrə direktoru vəzifəsinə dağ-mədən sənayesində 13 illik təcrübəyə malik Şon Lafem təyin edilib. Yeni vəzifəsində o, şirkətin mineral resursları və hasilat geologiyası ilə bağlı bütün geoloji aspektlərə nəzarət edəcək. Hazırkı təyinatından əvvəl Ş.Lafem SLR, “Mining Plus”, “Lagata Private Equity” və “Glencore Copper” şirkətlərində baş geoloq vəzifələrində çalışıb.
AIMC-nin planlaşdırma üzrə baş mədən mühəndisi vəzifəsinə isə Sergey Reznik təyin edilib. O, Şimali Amerika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə açıq və yeraltı mədənlərdə 15 ildən çox iş təcrübəsinə malikdir. Yeni vəzifəsində S.Reznik, mövcud əməliyyatlara və genişlənən layihə portfelinə dəstək göstərəcək.
Əfqan İmamlı və Fuad Sulxayev mədən idarəedicisi vəzifələrinə təyin ediliblər. Onlar “Dəmirli” və “Gədəbəy” yataqlarının açıq şəkildə işlənməsinə cavabdeh olacaqlar. Bu da ali rəhbərliyin gündəlik nəzarətinə ehtiyacı azaldacaq.
"Bu təyinatlar AAM-ın orta səviyyəli çoxprofilli mis istehsalçısına çevrilməsinə yönəlmiş ortamüddətli artım strategiyasının həyata keçirilməsində əsas rol oynayır. Onlar icraçı komandanı dəstəkləyir, eləcə də onun idarəetmə potensialını və səriştəliliyini gücləndirir", - məlumatda bildirilib.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan “Production Sharing Agreement” (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















